00:05 - Günün qoroskopu-08.08.2022
23:41 - ABŞ azərbaycanlı gənclərə diplomatik təcrübə keçəcək
22:30 - Ermənistan ordusunun hərbçiləri ölüb
21:30 - Ərdoğan yerli “Togg” elektrik avtomobilini sınaqdan keçirib
18:30 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
18:10 - Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb
18:00 - Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub
17:57 - İsrail Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparır
16:57 - Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
15:23 - Antalyada zəlzələ olub
14:30 - Əfqanıstanın paytaxtında partlayış baş verib
12:50 - Sabah yağış yağacaq, külək əsəcək
11:48 - Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
09:47 - Musiqi, incəsənət, rəssamlıq, muğam məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək
Naxçıvan Müəllimlər İnstitutunda fərdi rəsm sərgisi təşkil olunub
Naxçıvan Müəllimlər İnstitutunda “Təsvir incəsənət müəllimliyi” ixtisasının III kurs tələbəsi Naxçıvan Muxtar Respublikası Rəssamlar birliyinin gənc rəssamlar bölməsinin üzvü Tənzilə İbadovanın “Həyatımın rəngləri” adlı fərdi rəsm sərgisi təşkil olunub.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, sərgini giriş sözü ilə açan institutun rektoru Azad Novruzov ölkəmizdə, o cümlədən muxtar respublikada gənclərə göstərilən diqqətdən danışaraq qeyd edib ki, mütəmadi olaraq rəssamların, gənc müəllimlərin sərgilərinin keçirilməsi, yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması, institutun təsviri incəsənət müəllimliyi ixtisası və digər ixtisaslarda təhsil alan istedadlı tələbələrə yaradılan şərait, fəaliyyətlərinin dəstəklənməsi onlara daha həvəslə çalışmaları üçün stimul olur. Rektor vurğulayıb ki, ötən dövr ərzində təsviri-incəsənət sahəsində tələbələrimizin xeyli uğurları olmuşdur.
İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Həbibə Allahverdiyeva çıxış edərək gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin öyrədilməsi üçün hərtərəfli şərait, tələbələrin yaradıcılıq imkanlarının artırılması, o cümlədən istedadlı tələbələrdən biri olan Tənzilə İbadovanın çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat verib. Prorektor bildirib ki, o təsviri incəsənətin müxtəlif janrlarına müraciət etsə də, əsərlərində daha çox mənzərə və portretləri üstünlük təşkil edir.
Fərdi sərginin müəllifi Tənzilə İbadova çıxış edərək onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib, sərgisinin təşkili üçün institut rəhbərliyinə, tədbirdə iştirak edən qonaqlara təşəkkür edib.
Sonda Tənzilə İbadovanın rəsm əsərlərinə baxış keçirilib. Sərgidə realist, üslubda işlənmiş portret, etüd, natürmort, mənzərə, rəngkarlıq qrafika və dekorativ işlərdən ibarət 30-a yaxın əsər nümayiş olunub. Yaratdığı portretlərdə İkinci Qarabağ Müharibəsi şəhidlərinin, şair və ailə obrazları, mənzərələrdə təbiət gözəllikləri təsvir olunub.
Sərgidə “Nizami Gəncəvi”, “Hikmət Mirzəyev” və şəhidlərimizin portretləri, milli mənəvi dəyərlərimizi əks etdirən tematik kompozisiyaları, “Ordubad”, “Şahbuz” mənzərələri tamaşaçılarda daha çox maraq oyadıb. Tənzilə İbadova çəkdiyi şəhid portretlərini ailələrinə hədiyyə edib.
Sərgi ilə tanış olanlar rəsm əsərlərini qiymətləndirib, öz fikirlərini deyiblər.