SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

Naxçıvan Dövlət Universitetində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
13-05-2019, 18:07

Naxçıvan Dövlət Universitetində Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş “Mən bir susmaz duyğuyam” adlı elmi-praktik konfrans keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını diqqətə çatdırıb. Hər il olduğu kimi bu il də görkəmli ədiblərin yubileylərinin dövlət səviyyəsində qeyd olunduğunu söyləyən - rektor vurğulayıb ki, bütün bunlar Azərbaycanda sözə və söz sənətinə verilən dəyərin bariz göstəricisidir. Bildirilib ki, ədibin 120 illik yubileyinin keçirilməsi Cəfər Cabbarlı yaradıcılığına yenidən nəzər salmağa və yeni baxış bucağı altında araşdırmağa yol açacaq.

Cəfər Cabbarlının yaradıcılıq yolu adlı çıxışında filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli diqqətə çatdırıb ki, Cəfər Cabbarlı poeziya, nəsr, dramaturgiya, ədəbi tənqid, publisistika, bədii tərcümə sahəsində məhsuldar və səmərəli fəaliyyət göstərib. Qeyd edilib ki, şairin hələ 12 yaşındaykən Bakıda Mirzə Cəlal Yusifzadənin redaktorluğu ilə çıxan “Həqiqəti-əfkar” qəzetinin 5 noyabr 1911-ci il tarixli 2-ci nömrəsində “Cəfər...Mətrud” imzası ilə “Şücaətim” adlı satirik və “Eşidənlərə” aid lirik şeirləri dərc edilib. Şairin milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətlərinin inkişafındakı müstəsna xidmətlərindən danışan professor vurğulayıb ki, dramaturgiyanın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynayıb.
Filologiya üzrəfəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov Cəfər Cabbarlı yaradıcılığında satira və yumor adlı çıxışında bildirib ki, şair cəmiyyətdə müşahidə etdiyi ən müxtəlif nöqsanları satirik, yaxud yumoristik üslubun rəngarəng bədii imkanları vasitəsilə ədəbi müstəviyə gətirib, sosial-mədəni tərəqqi üçün onların aradan qaldırılmasını vacib sayıb.
Sonda Tarix-filologiya fakültəsi tələbələrinin şairin şeirlərindən ibarət bədii qiraəti dinlənilib.


Naxçıvan Dövlət Universitetində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Universitetində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Universitetində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub


[

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31