00:05 - FHN Naxçıvanda hiss olunan zəlzələ ilə bağlı məlumat yayıb
00:00 - Günün qoroskopu - 29.01.2023
23:34 - "TeamGym" üzrə Avropa çempionatı Bakıda keçiriləcək
23:14 - AMEA və Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb-FOTO
22:56 - İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
22:47 - İlham Əliyev Tehrandakı terrorla bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini bildirib
22:43 - Gəncədə zəlzələ olub
22:33 - İbrahim Rəisi Prezident İlham Əliyevə zəng edib
22:30 - Naxçıvanda 5,3 ballıq zəlzələ olub
22:17 - Naxçıvanda zəlzələ oldu
22:11 - Ermənistanın Azərbaycana qarşı törətdiyi EKOLOJİ TERROR
21:56 - Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə bağlı başsağlığı verib
“Müstəqillik illərində Naxçıvanda arxeoloji tədqiqatlar və inkişaf perspektivləri” mövzusunda tədbir keçirilmişdir
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və AMEA-Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə “Müstəqillik illərində Naxçıvanda arxeoloji tədqiqatlar və inkişaf perspektivləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd olunmuşdur ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin hər yerində olduğu kimi böyük bir tarixi keçmişə malik olan Naxçıvan Muxtar Respublikasında da bölgənin tarixinin, dilinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının, folklorunun və adət-ənənələrinin, milli-mənəvi dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında yenidən araşdırılmasına başlanmışdır. Sovet dövründə bu diyarda genişmiqyaslı arxeoloji tədqiqatlar aparılmamışdır.Yalnız ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra bu məsələlərə xüsusi diqqət artırılmışdır. Ulu Öndərin respublikamızda rəhbərliyə başlaması ilə arxeoloji tədqiqatların təkcə miqyası deyil, eyni zamanda, istiqaməti də milli mənafelərə uyğun olaraq dəyişmişdir.
Qeyd olunmuşdur ki, müstəqillik dövründə Naxçıvanın dünyaya səs salan qədim tarixinin öyrənilməsi üçün daha genişmiqyaslı tədqiqatlar aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Tədbirdə AMEA-Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək II Kültəpə, I Maxta Kültəpəsi, Oğlanqala və digər abidələrdə aparılan tədqiqatlar haqqında geniş məlumat vermişdir. Vəli Baxşəliyev vurğulayıb ki, son illər Naxçıvanda bəşər tarixinin öyrənilməsi üçün böyük əhəmiyyəti olan xeyli yeni abidələr aşkarlanıb. Bu da muxtar respublikanın tarix və mədəniyyət abidələrinin tədqiqinə dövlət qayğısının ildən-ilə artması ilə bağlıdır. Arxeoloji tədqiqatlar nəticəsində abidələrimizin tədqiqi göstərir ki, Naxçıvan müxtəlif dövrlərdə qədim mədəniyyətlərin beşiyi olub. Bu ərazi qədim insanların ehtiyac duyduğu daş duz, mis, mərgümüş, sürmə, gümüş və qızıl yataqları ilə zəngindir. Araz çayına qovuşan Naxçıvançay, Arpaçay, Əlincəçay və Gilançay vadilərinin məhsuldar torpaqları əkinçilik və maldarlıq üçün əlverişlidir. Ona görə də burada tarix boyu məskunlaşma olub.
Tədbirdə AMEA-Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun, Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri Toğrul Xəlilov çıxış etmiş və müstəqillik illərində Naxçıvan arxeologiyasının keçdiyi inkişaf perspektivlərindən söz açmışdır.
Sonda Mərkəzdə yaradılan kitab sərgilərinə baxış olmuşdur.