SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uşaqlarda hipospadiya nədir? -Video...Müalicə:Telefon:(+994)50 672 92 24

Uşaqlarda hipospadiya nədir? -Video...Müalicə:Telefon:(+994)50 672 92 24
19-12-2018, 15:22

Bu xəstəlik övladınızda varsa uşaq cərrahı Phd Op. Dr. Toğrul Ömərova müraciət edə bilərsiz Telefon:(+994)50 672 92 24




Hipospadiya – oğlan uşaqlarında sidik-cinsiyyət sisteminin anomaliyası olub, əsasən, sidik kanalı dəliyinin patoloji yerdəyişməsi ilə xarakterizə olunur. Xəstəliyin morfoloji ekvivalenti uretranın arxa divarının olmamasıdır. Patoloji dəliyin yaranması hesabına sidik kanalının distal ucluğu cinsiyyət orqanının başında deyil, onun arxa hissəsində və ya aralıqda yerləşir.

Son statistikaya görə, yeni doğulmuş oğlan uşaqlarında hipospadiyanın rastgəlmə tezliyi 1:150-dir. Bu xəstəlik androgen çatışmazlığının əlaməti kimi dəyərləndirilir.

Təcrid olunmuş hipospadiyaya nadir hallarda rast gəlinir. Bu, əsasən, cinsiyyət sisteminin başqa patoloji dəyişiklikləri ilə izah olunur: kriptorxizm, ginekomastiya, hidronefroz, qasıq yırtığı və s.

Hipospadiya müstəsna olaraq, kişi patologiyası hesab edilir. Lakin bu anomaliyaya bəzən qızlarda da rast gəlinir. Uretranın arxa divarının olmaması və onun distal hissəsinin dislokasiyası sidiyin saxlanmaması probleminə gətirib çıxarır, bu isə pasiyentin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır.

Hipospadiya uşaqlarda sidik ifrazı ilə əlaqədar bir sıra çətinliklər yaradır. Əksər hallarda sidiyə getmək üçün oğlan uşağı oturaq vəziyyət almalı olur ki, bu da onun həmyaşıdları arasında istehza doğurur. Ona görə də kişi cinsiyyət orqanındakı problemlər bir sıra komplekslərə, psixoloji narahatlıqlara səbəb ola bilər.

Uşaq hipospadiyasının yaranma səbəbləri
Cinsi mənsubiyyət əlamətləri bətndaxili inkişafın artıq beşinci həftəsində özünü göstərməyə başlayır. Sidik-cinsiyyət sisteminin normal inkişafı steroid hormon olan – testosteron tərəfindən tənzimənir ki, bunun da ifrazı embriogenezin 8-ci həftəsindən başlanır.

Hamiləliyin birinci və ikinci trimestrləri gələcək uşağın cinsiyyət orqanlarının formalaşmasında kritik period hesab olunur. Sidik-cinsiyyət sisteminin histogenez və orqanogenezinin patogenetik pozulma mexanizmi xromosom anomaliyaları, ayrı-ayrı genlərin defektləri ilə səciyyələnir.

Hipospadiyanın yaranması üçün xromosom və gen zədələnməsi mütləq şərt deyil. Bəzi hallarda ana və uşaq arasındakı hormonal disbalans özünü göstərir.

Yeni doğulmuşlarda hipospadiyanın konkret yaranma səbəbini müəyyənləşdirmək kifayət qədər çətindir. Sidik-cinsiyyət sisteminin anadangəlmə patologiyası bir sıra səbəblərdən yarana bilər:

– Hamiləlik dövründə embriotoksik və fetotoksik preparatların qəbulu;
– Ananın pis vərdişləri;
– Hamiləlik dövründə antiandrogen təsirli hormonal preparatların qəbulu;
– Anannın qeyri-rasional qidalanması;
– Bətndaxili infeksiya;
– Hamiləlik dövründə ağırlaşmalar (hamiləliyin pozulma təhlükəsi, ağır taksikozlar, qanaxmalar və s.).

Uşaq hipospadiyasının əlamətləri
Hippospadiyanın kliniki mənzərəsi uretranın üst dəliyinin lokallaşmasından və onun daralma dərəcəsindən asılıdır.

Hipospadiyanın yüngül formaları sidik ifrazının ciddi pozuntusuna gətirib çıxarmır. Ona görə də belə pasiyentlərin rekonstruktiv əməliyyata ehtiyacı olmur.

Xarici dəliyin diametri kiçik olarsa, uşaq sidiyə çətin və nazik şırnaqla, ləngiyərək getməsindən şikayətlənəcək.

Subkoronal forma kişi cinsiyyət orqanının qismən əyə bilər ki, bu da sidik ifrazını çətinləşdirir. Sidik şırnağı ayaqlar tərəfə yönəlir və bunun qarşısını almaq üçün uşaq özünə “rahat” vəziyyət seçməli olur.

Penil hipospadiyada çinsiyyət orqanı əhəmiyyətli dərəcədə deformasiyaya uğrayır. Tualete getmək üçün uşaq penisini dartaraq yuxarı qaldırmalı, yaxud da oturaq vəziyyət almalı olur. Uretranın daralması sidiyə getmək baxımından ciddi problem yaradır. Uşaq iki səbəbdən tualetə getməyə çətinlik çəkir: əvvəla o, sidik uretranın daralmış hissəsindən keçənədək əziyyət çəkir, ikinci tərəfdən sidiyə getmək üçün oturaq vəziyyət almalı olduğundan psixoloji diskomfort hiss edir.

Xayalıq və aralıq hipospadiya zamanı uşağın xarici cinsiyyət orqanı şəkildəyişməyə məruz qalır – penis çox kiçik, deformasiyaya uğramış olur. Belə halda sidiyə getmə yalnız oturaq halda mümkün olur. Sidik ifrazı xeyli çətinləşir.

Hipospadiya digər inkişaf anamoliyaları ilə yanaşı da ortaya çıxa bilər. Uşaqlarda sidik-cinsiyyət sisteminin anadangəlmə patologiyası hormonal pozuntulardan irəli gəldiyindən, hipospadiyalı oğlanlarda ikincili cinsi əlamətlər çox vaxt olmur.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031