SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ədliyyə orqanlarında işləmək istəyənlərin test imtahanının cavabları sabah açıqlancaq

Ədliyyə orqanlarında işləmək istəyənlərin test imtahanının cavabları sabah açıqlancaq
11-05-2019, 15:06

Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahan saat 11.00-da başlayıb və 3 saat davam edib.

İmtahanda nаmizədlərə 100 suаldаn ibаrət kitаbçа təqdim оlunub. 80 suаl namizədin qanunvericilik sahəsi üzrə, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini yoxlamaq üçündür.

Namizədlərin normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülüb və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilib.

İmtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə sabah saat 15.00-dan sonra elan olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031