17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO
16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"
16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub
16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB
16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”
16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"
15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"
15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"
15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"
15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"
15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"
15:33 - İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"
Muxtar respublikada rabitəçilərin ixtisasartırma kursları davam edir
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssislərinin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, belə ki, Nazirliyin 2022-ci il İş Planına əsasən Ordubad Rayon Rabitə İdarəsinin müvafiq peşə ixtisasına malik olmayan əməkdaşları Ordubad Texniki Peşə və Sürücülük Məktəbində ixtisasartırma kurslarına cəlb olunublar.
“Kabel lehimləyici və Rabitə montyoru” üzrə ixtisasartırma kurslarında təhsil alan müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası barədə dərslər tədris olunur.
Kursun tədris müddəti 2 aydır və hazırda bu kursda 11 müdavim təhsil alır. Kursu bitirən hər bir iştirakçı müvafiq hüquqi sənədlə (sertifikat) təmin olunacaqdır.
Görülən işlər, həyata keçirilən məqsədyönlü tədbirlər müdavimlərin müvafiq peşələrə yiyələnmələrinə, peşəyönümlü nəzəri və praktiki biliklərin artırılmasına, həmçinin ixtisaslarına mükəmməl bələd olmalarına geniş imkanlar yaradır.
Qeyd edək ki, 2021-ci il ərzində Naxçıvan şəhəri, Şərur və Babək rayon Rabitə İdarələri olmaqla, ümumilikdə 57 rabitə əməkdaşı ixtisasartırma kurslarına cəlb olunub, kursu müvəffəqiyyətlə bitirən əməkdaşlara sertifikatlar verilib. Mərhələli şəkildə müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssislərinin belə kurslara cəlb edilməsi nəzərdə tutulub.