SON DƏQİQƏ

18:05 - AZƏRBAYCAN TARİXİNİN ŞANLI SƏHİFƏSİ

17:44 - Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib

17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:15 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB-2

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

naxcivanxeberleri.com

AMEA-nın Naxçıvan Bölməsində İşçi qruplarının növbəti iclası olub

AMEA-nın Naxçıvan Bölməsində İşçi qruplarının növbəti iclası olub
26-01-2022, 16:29

2021-ci il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin müşavirədə Naxçıvanın hərtərəfli tədqiqi və aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm tapşırıqlar vermişdir. Muxtar respublikanın hər bir rayonunun tarixinin yazılması, Naxçıvanın qədim və müasir dövlətçilik tarixinin əsas tədqiqat predmeti olması, bölgənin ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğu ilə bağlı elmi materialların sayının artırılması, arxeoloji ekspedisiyaların davam etdirilməsi, hər bir yaşayış məntəqəsinin etnoqrafik xüsusiyyətlərinin araşdırılması, Naxçıvan ədəbi mühitinin obyektiv təhlil olunması, min illər ərzində formalaşmış xalq deyimlərinin, folklor nümunələrinin toplanaraq sistemləşdirilməsi, muxtar respublikanın təbii sərvətləri və bioresursları öyrənilməklə tətbiqyönümlü araşdırmaların aparılması kimi vəzifələr tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsində böyük önəmə sahibdir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bununla əlaqədar olaraq, Naxçıvan Bölməsinin elmi tədqiqat müəssisələrində əsaslı araşdırmaların aparılması üçün tədqiqat qrupları yaradılıb. Nəzərdə tutulan işlərin vaxtında yerinə yetirilməsi və səmərəli icrası məqsədilə İşçi qruplarının növbəti iclası keçirilib.

İclasda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, 2022-ci il üçün İş planından əlavə olaraq “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan tarixinin səhifələrindən”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan etnoqrafiyası” (iki cilddə), “Naxçıvan Muxtar Respublikasının xalq deyimləri”, “Şərur rayonunun tarixi”, “Babək rayonunun tarixi”, “Ordubad rayonunun tarixi”, “Culfa rayonunun tarixi”, “Şahbuz rayonunun tarixi”, “Kəngərli rayonunun tarixi”, “Sədərək rayonunun tarixi”, “Naxçıvan folkloru” (Uşaq folkloru, IV cild) adlı 13 kitabın  nəşri nəzərdə tutulub. Rayonların tarixinin və “Naxçıvan etnoqrafiyası” ikicildliyinin  hazırlanması məqsədilə İşçi qrupları yaradılıb. Hər bir əsərin nəşri ilə bağlı müvafiq plan tərtib olunaraq icra mərhələsindədir.

Tədqiqat qruplarının üzvləri aparılan axtarışların nəticələri, kitabların nəşri məqsədilə görülən işlərin icra vəziyyəti haqqında məlumat veriblər. Toplanan yeni materiallar təhlil olunaraq qruplaşdırılıb, kitabların redaktəsi və nəşri üçün son tarixlər müəyyənləşdirilib.

Rayonların tarixinin öyrənilməsi ilə bağlı aparılan axtarışlar, İşçi qruplarının gördüyü işlər təhlil edilib. Vurğulanıb ki, hər bir kitab əhatə etdiyi rayonun adının etimologiyası, tarixi, təbii-coğrafi şəraiti, sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, sənaye, mədəniyyət, ədəbi mühit, təhsil, səhiyyə və başqa mühüm sahələri tam əhatə etməli, dəyərli məlumat bazası rolu oynamalıdır. Məlumatların dolğunluğunu, əhatəliliyini təmin etmək və yeni materialların kitablara əlavə olunması məqsədilə rayon və kəndlərə təşkil olunan ekspedisiyaların nəticələri ilə maraqlanan bölmə rəhbəri nəzərə çatdırıb ki, davam edən araşdırmaların vəziyyəti yeni materialların aşkar olunacağına dəlalət edir.

İclasda “Naxçıvan etnoqrafiyası” (iki cilddə) və “Naxçıvan Muxtar Respublikasının xalq deyimləri” kitablarının hazırlanması, tərtibi və strukturu ilə bağlı müvafiq tövsiyələr verilib. “Elm Festivalı”nın keçirilməsi ilə bağlı qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər müzakirə olunub. 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031