SON DƏQİQƏ

18:14 - Ərdoğan: "TEKNOFEST"i "Bir millət, iki dövlət, tək festival" şüarı ilə Bakıda gerçəkləşdirdik"

18:05 - AZƏRBAYCAN TARİXİNİN ŞANLI SƏHİFƏSİ

17:44 - Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib

17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:15 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB-2

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

naxcivanxeberleri.com

Muxtar respublikada ötən ay 164 nəfərə əmək pensiyası təyin olunub

Muxtar respublikada ötən ay 164 nəfərə əmək pensiyası təyin olunub
26-01-2022, 13:00

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ilin dekabr ayı ərzində nəzərdə tutulmuş tapşırıqları yerinə yetirib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən mılumata görə, fond pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulan qaydada təyinatını və vaxtından əvvəl ödənilməsini, həmçinin fərdi uçot sahəsində işlərin icrasını təmin etmək üçün müvafiq tədbirlər görüb. Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına ödəmələrin vaxtından əvvəl maliyyələşdirilməsi təmin edilib və pensiya ödənilməsinə 14 milyon 934 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 330 min manat vəsait xərclənib. Təyin olunan əmək pensiyalarının və müavinətlərin ödənişi plastik kartlar və poçt bölmələri vasitəsilə həyata keçirilib.

Müvafiq dövr ərzində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranan 164 vətəndaşa əmək pensiyası təyin olunub. Bunlardan 92-si yaşa görə, 33-ü əlilliyə görə, 39-u isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxan vətəndaşlar olub. Həmçinin fərdi uçot sistemi sahəsində də işlər davam etdirilmiş, 286 yeni əmək fəaliyyətinə başlayan sığortaolunana fərdi şəxsi hesab açılıb.

Hesabat ayında müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 12 milyon 965 min 500 manat vəsait daxil olub ki, bu da proqnoz üzrə nəzərdə tutulmuş vəsaitdən 20,9 faiz çoxdur. Ümumilikdə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 84,9 faizi məcburi dövlət sosial sığorta haqqı şəklində muxtar respublikada yığılıb. Müvafiq dövrdə 4 hüquqi şəxs və 153 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb.

Qeyd edək ki, 29 dekabr 2021-ci il tarixdə ölkə başçısı tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyasının minimum məbləği artırılaraq 240 manat məbləğində müəyyən olunub və ümumilikdə 2115 əmək pensiyaçısına şamil edilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031