SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvanda mənəvi dəyərlərə qayğı” mövzusunda tədbir keçirilib

“Naxçıvanda mənəvi dəyərlərə qayğı” mövzusunda tədbir keçirilib
25-01-2022, 16:49

       Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşlarının iştirakı ilə Milli Dəyərlər Muzeyinin ekspozisiya zalında “Naxçıvanda mənəvi dəyərlərə qayğı” mövzusunda tədbir həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açmışdır. Qeyd etmişdir ki,  milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının milli-mənəvi dəyərləri kifayət qədərdir. Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri sayılan Naxçıvan milli-mənəvi dəyərlərimizin qoruyucusu və yaşadıcısıdır. “Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, – bu müdrik fikirlərin müəllifi olan ümummilli lider Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi müxtəlif illərdə milli-mənəvi dəyərlərimizin inkişafınada misilsiz xidmətlər göstərmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci ilin 16 dekabrında keçirilmiş sessiyasında Ali Məclisin Sədri Heydər Əliyev milli birlik və həmrəyliyin milli-mənəvi dəyərlərimizdən olmasını ön plana çəkərək dünyadakı Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin müzakirə olunmasını gündəlikdə duran məsələlər sırasına daxil etmiş və 31 dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Gününün elan edilməsinə nail olmuşdur. Ulu öndər digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması, adət-ənənələrimizin, milli mədəniyyətimizin inkişafı məsələlərini xüsusi diqqətdə saxlamışdı.

        Qeyd olunmuşdur ki,Naxçıvan Muxtar Respublikasında milli ideoloji siyasət dövlətçilik və Azərbaycançılıq ənənələri əsasında inkişaf edir. Bu gün qədim diyarımızda milli-mənəvi dəyərlər sistemli şəkildə araşdırılır, təbliği istiqamətində nəzərəçarpacaq işlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov milli dəyərlərin təbliğini dövlət siyasətinin prioritet istiqaməti kimi belə dəyərləndirir: “Bu gün ulu öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı müəyyənləşdirdiyi yol uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli-mənəvi dəyərlərimiz də dünyada tanınır və qəbul edilir”.        

       Tədbirdə Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə  fəlsəfə doktoru, Qadir Əkbərov çıxış edərək bildirib ki, qədim mədəniyyət mərkəzi olan Naxçıvan bölgəsinin tarixi keçmişinin daha dərindən araşdırılması və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətindəki ən mühüm qərarlardan biri 2011-ci ilin 29 dekabr tarixində keçirilən, IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması olmuşdur. Bu ilin “Milli dəyərlər ili” elan olunması Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına, yaşadılmasına, formalaşmaqda olan gənc nəslin milli ruhda tərbiyə olunmasına yönəlmiş dövlət proqramı kimi bu qərar böyük tarixi əhəmiyyətə malik olmuşdur. 2012-ci ildə bölgədə yaşayan alimlər milli dəyərləri üzə çıxarmaq, onların mahiyyətini izah etmək yolunda mühüm tədqiqatlar aparmış, bu yöndə onlarla məqalə və kitablar yazmışlar. Milli dəyərlərimizin tədqiqi, xalqımıza və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Naxçıvan şəhərində beynəlxalq və respublika miqyaslı simpoziumlar və konfranslar keçirilmişdir. Bu müddət ərzində Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimizlə əlaqədar bir sıra işlər görülmüş, xüsusilə 2012-ci ilin aprel ayının 20-də AMEA Naxçıvan Bölməsində “Milli dəyərlər – milli kimliyimizdir” mövzusunda elmi konfrans keçirilmişdir.

      Tədbirdə Milli Dəyərlər Muzeyinin baş fond mühafizi Telman İbrahimov və  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşı Ruzi Süleymanov çıxış etmişlər. Sonda Milli Dəyərlər Muzeyinin ekspozisiyasına baxış olmuşdur.  

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031