SON DƏQİQƏ

17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:15 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB-2

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

naxcivanxeberleri.com

Muxtar respublikada qadınların məşğulluqlarının artırılması istiqamətində uğurlu nəticələr əldə edilib

Muxtar respublikada qadınların məşğulluqlarının artırılması istiqamətində uğurlu nəticələr əldə edilib
25-01-2022, 16:30

Azərbaycan qadını tarixboyu cəmiyyətin aparıcı qüvvəsi kimi xalqımızın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. Bu gün də qadınların cəmiyyətdə layiqli yer tutmaları, öz potensiallarından lazımınca istifadə etmələri üçün münbit şəraitin yaradılması dövlətin prioritet istiqamətlərindən biridir.

Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır. Muxtar respublikada əhalinin məşğulluğu ilə bağlı qəbul edilən dövlət proqramlarında qadınların da işlə təmin edilməsi, sosial problemlərinin həll edilməsi diqqət mərkəzində saxlanılır. Qeyd etmək yerinə düşər ki, artıq muxtar respublikada təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında da qadınlar təmsil olunurlar. Bu gün muxtar respublikada 231614 qadın yaşayır ki, bu da muxtar respublika əhalisinin 50%-ni təşkil edir.

Qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına, qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsinə, qadınların peşə hazırlığına yönəldilməsi üçün xüsusi qayğıya ehtiyacı olan ailələrin üzvü və sağlamlıq imkanları məhdud olan qadınlar müvafiq peşə kurslarına cəlb edilir, istedadlı qadınların əl işlərinin satış-sərgiləri təşkil olunur. Bu gün muxtar respublikada əhalinin, xüsusən də qadınların məşğulluğunun artırılması, əmək bazarının tələblərinə uyğun peşə hazırlıqlarının təşkili, özünüməşğulluq imkanlarının təmin edilməsinə yönəldilmiş layihələrin həyata keçirilməsi dövlətin ali məqsədlərindən biridir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuş və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qarşısına bir sıra vəzifələr qoyulmuşdur. Qarşıya qoyulmuş vəzifələrin icrasına uyğun olaraq ötən il ərzində Komitə tərəfindən tək yaşayan və yaxud ailə başçısı 627 qadınla əlaqə saxlanılmış, bunlardan 41-i peşə hazırlığı kurslarına yönləndirilmişdir. Həmçinin 2021-ci ildə özünüməşğulluq proqramına 304 nəfər cəlb edilmişdir ki, bunlardan 108-i yəni 36%-i qadınlardır. Ümumilikdə isə bu günədək  muxtar respublikada özünüməşğulluq proqramına 899 nəfər cəlb edilib ki, bunlardan da 343 nəfəri, yəni 34%-i  qadınlardır.

Muxtar respublikanın ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlar xüsusi rol oynayır. Qadınların iqtisadiyyatda, özəl sektorun inkişafında və məşğulluğun təmin edilməsində rolu, orta və kiçik sahibkarlıq fəaliyyətinə və özünüməşğulluğa marağı artmaqdadır. Müqaiyisə üçün qeyd edək ki, əgər 2020- ci ildə 6979 qadın sahibkarlıq fəaliyyətləri ilə məşğul idisə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11.4% artaraq 7772 nəfər olmuşdur. Ailələrin, xüsusilə də qadınların özünüməşğulluğunun təmin olunmasında ailə təsərrüfatlarının qurulması muxtar respublikada diqqət və qayğı ilə yanaşılan sahələrdən biridir. Bu sahəyə göstərilən qayğının sayəsində qadınların məşğulluğu və sahibkarlıq fəaliyyətləri təmin olunur ki, bu da həmin ailələrə böyük iqtisadi dəstək deməkdir. Hazırda muxtar respublikda   kənd təssərüfatı ilə məşğul olanların 72778 nəfəri yəni 60 faizi qadınlardır ki, bunların  117 nəfəri   ailə təsərrüfatçısıdır.

Muxtar respublikada müvafiq sahə ilə bağlı qəbul edilmiş, və yaxud bu sahəni əhatə edən dövlət proqramlarından əlavə olaraq geniş sosial layihələr də icra olunur. Xatırladaq ki, 2019-cu ildə icra olunan Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi və 2020-ci ildə həmin layihənin davamı olan “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi həyata keçirilmişdir. 2021-ci ildə isə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfində icra olunan “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi 2021-ci ilin aprel-avqust ayları ərzində icra olunmuşdu. Layihə çərçivəsində qadınların müvafiq  peşə  bilklərinin artırılması üçün maliyyə savadlılığı üzrə “Gələcəyini Planlaşdır” və biznes planlaşdırılması üzrə “Sahibkar ol!” adı altında təlimlər keçirilmişdir. Təlimlər zamanı muxtar respublikanın bütün şəhər və rayonlarından olan ümumilikdə, 28 sağlamlıq imkanları məhdud və sosial qayğıya ehtiyacı olan qadın iştirak etmişdir. Təlimlərin sonunda iştirakçılar tərəfindən biznes planlar hazırlanmış, ən uğurlu biznes plan hazırlayıb təqdim edən qadınlara öz potensiallarına uyğun sahələr üzrə sərmayə kapitalları verilmişdir. Layihə çərçivəsində 26 qadına ümumilikdə, 17000 manat dəyərində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitalı almış qadınlar üçün öncə VÖEN-lər açılmış və alacaqları vəsaitlər bank hesablarına köçürülmüşdür. Layihədə iştirak edən qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən  müqavilələr bağlanmışdır. Həmin sərmayə kapitallarının 70 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq, 30 faizi isə maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq, əkinçilik, bərbərlik, dərzilik, toxuculuq, heykəltaraşlıq, rəssamlıq, zərgərlik, silahsazlıq, dekorativ tətbiqi sənət, uşaqlara psixoloji xidmət, xalçaçılıq, konservləşdirmə, qənnadı və un məmulatı və ailə təsərrüfatı sahələri ilə məşğul olmaları üçün verilmişdir. Məlumat üçün qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Örl Litzenberqerin  rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsi çərçivəsində sərmayə kapitalı alan  qadınlarla  görüş keçirilmişdir. Səfir Örl Litzenberqer bu layihənin tez bir vaxtda, uğurla icra olunmasından məmnunluğunu ifadə etmiş, ölkəsinin muxtar respublikada bu cür layihələrin icrasının  davamlılığında maraqlı olduğunu bildirmişdir.

Ümumilikdə Komitə tərəfindən ötən 3 il ərzində icra edilən sosialyönümlü layihələrdə 17 sağlamlıq imkanları məhdud olmaqla 128  qadına 86250 manat dəyərində sərmayə kapitalı verilmişdir.

 Onu da qeyd edək ki, müvafiq layihələrdə sərmayə kapitalı almış qadınların sərmayə kapitalını bağlanmış müqavilələrə uyğun istifadə etmələri əsas şərtlərdən biridir. Bunun üçün 2021 –cil  ərzində  Komitə tərəfindən həmin qadınların iş yerlərində və təsərrüfat sahələrində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı  53 monitorinq keçirilmişdir. Sevindirici haldır ki, monitorinqlər zamanı heç bir neqativ hala rast gəlinməmiş, əksinə qadınların fəaliyyət sahələrinə uyğun olaraq təsərrüfatlarını genişləndirdikləri və əlavə gəlir əldə etdikləri məlum olmuşdur. əldə olunan müsbət  nəticələrə görə 1qadına ehtiyacına iyğun  həvəsləndirici əlavə aktiv  verilmişdir.

Həmçinin muxtar respublikada qadınların məşğulluqlarının təmin olunması məqsədilə onlara təlimlərin keçirilməsi və peşə kurslarına cəlbi də diqqətdə saxlanılır. 2021-ci ilin ötən dövrü ərzində  muxtar republikaının bütün  rayonlarının əhatə  etməklə  Komitə tərəfindən xususi qayğıya ehtiyacı olan ailənin üzvü və əlil  qadınlar, muxtar respiblikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin  dərnək üzvü və dərnək rəhbətləri olan 228   qadın üçün toxuculuq peşəsi, dekorativ tətbiqi sənət və xalçaçılıq peşə sahələri üzrə  11 təlim keçirilmişdir.

Ötən il qadınların özünüməşğulluqlarının  təmin olunması və istedadlarının üzə çıxarılması məqsədilə muxtar respublikada ənənə halını almış müxtəlif səpkili yarmarkalar çərçivəsində sərgi-satışlar  təşkil edilmişdir. Keçirilən sərgi-satışlarda, muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən əl işləri mağazalarında ümumilikdə, 517 şəxsin 32981 manat dəyərində 3778 əl işi və 15 nəfər  sərmayə kapitalı alan ailə təsərrüfatçısı olan qadının 1242 manat dəyərində 638 adda ailə təsərrüfatı məhsulları satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.

Muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan insanlar, o cümlədən də ahıl qadınlar qayğı ilə əhatə olunub. Xüsusi qayğıya ehtiyacı olan qadınlara evdə və sosial xidmət müəssisələrində lazımi köməklik göstərilir. Belə insanlar mütəmadi olaraq evlərində ziyarət olunur, onların qayğıları öyrənilir və zəruri problemləri qısa zamanda həllini tapır. 01 oktyabr-Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Şərur rayon Püsyan kəndində yaşayan muxtar respublikanın uzunömürlü sakini ahıl Tağıyeva Laçın Həbib qızının yaşadığı ünvanda görüş keçirilmiş, ona hədiyyələr təqdim olunmuşdur. Həmçinin 01 oktyabr-Beynəlxalq Ahıllar Günü və “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı ilə əlaqədar Şahbuz rayon Ahıllar Evində tədbir keçirilmiş, 12 nəfər ahıl vətəndaşa hədiyyələr təqdim edilmişdir.

Dövlət tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olan ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir. Belə ki, 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət qrumları ilə birgə 6 xüsusi qayğıya ehtiyacı olan ailəyə baş çəkilmişdir.

Bütün görülən bu işlər, müvafiq sahədə həyata keçirilən tədbirlər qadınların cəmiyyətin bütün sahələrində, ölkənin idarəçilik sistemində və inkişafında yaxından iştirak etmələri üçün gələcəkdə daha da uğurlu nəticələrin əldə olunmasına öz təsirini əhəmiyyətli dərəcədə göstərəcəkdir. Dövlətin qayğısını daim üzərlərində hiss edən qadınlar bundan sonra da muxtar respublikanın inkişafı naminə səylə çalışacaq, gənc nəslin milli ruhunda tərbiyəsində fəallıq nümayiş etdirəcəklər.

Naxçıvan Muxtar Respublikasının Ailə,

Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031