SON DƏQİQƏ

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

15:33 - İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"

naxcivanxeberleri.com

Muxtar respublikada dövlət qulluğuna qəbulun müsahibə mərhələsi başlayıb

Muxtar respublikada dövlət qulluğuna qəbulun müsahibə mərhələsi başlayıb
25-01-2022, 16:00

Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlayıb. Müsahibəyə hazırlıq məqsədi ilə yanvarın18-də Dövlət İmtahan Mərkəzində 18 müstəqil ekspert və 16 dövlət orqanını təmsil edənnümayəndələrin iştirakı ilə seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müsahibə qrupunun tərkibinə müstəqil ekspertlər, Mərkəzin və dövlət orqanlarının nümayəndələri daxildir. Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilir. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə prosesinin videoçəkilişi aparılır. 

Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanır və şəxsi işinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar Mərkəzin müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar Mərkəzin rəsmi internet portalında yerləşdirilir.

Qeyd edək ki, 22 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 169 vakant vəzifənin tutulması üçün 696 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 606 namizəddən 267-si müvafiq keçid balını toplayıb.

Müsahibə mərhələsinə ümumilikdə 253 namizəd qeydiyyatdan keçib. Həmçinin əvvəlki müsabiqələrdə qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 8 namizədin müraciəti nəzərə alınaraq onların müsahibə mərhələsində iştirakları təmin olunub. Ən sıx müsabiqə vəziyyəti “ASAN xidmət” Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsi üzrə yaranıb – 64 namizəd. Eyni sektorda böyük məsləhətçi vəzifəsinin tutulması üçün 20 namizəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsinin Kəngərli rayonu üzrə məsləhətçisi vəzifəsinin tutulması üçün isə 15 namizəd mübarizə aparacaq. İlk dəfə keçirilən dövlət teleradio və mətbuat orqanlarında işə qəbul üçün müxtəlif vəzifələr uğrunda 7 namizəd müsahibə mərhələsində iştirak edəcək.

Dövlət orqanları üzrə müsahibələr Mərkəzin rəsmi internet portalında yerləşdirilmiş qrafikə uyğun olaraqfevralın 9-a qədər davam edəcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031