SON DƏQİQƏ

17:21 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

naxcivanxeberleri.com

RİNN yerli telekanalların HD formatda yayıma keçməsinə dair açıqlama yayıb

RİNN yerli telekanalların HD formatda yayıma keçməsinə dair açıqlama yayıb
25-01-2022, 17:10

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) “Azerspace-1” telekommunikasiya peykindən yayımlanan yerli televiziya kanallarının yanvarın 28-dən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçməsinə dair açıqlama yayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, açıqlamada deyilir ki, bu yenilik Milli Televiziya və Radio Şurası, nazirlik yanında Kosmik Agentlik ("Azərkosmos"), “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-nə qədər yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.

HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.

Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031