SON DƏQİQƏ

17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:15 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB-2

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

naxcivanxeberleri.com

“Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabın təqdimat mərasimi keçirilib

“Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabın təqdimat mərasimi keçirilib
25-01-2022, 13:00

Ali təhsil ocağında Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyevin “Naxçıvan Muxtar Respublikasının aqrar inkişafı” adlı kitabının təqdimatı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki,  ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan aqrar sahə ilə yanaşı hər bir sahədə əldə edilimiş inkişaf 30 ilə yaxın bir dövrdə muxtar respublika rəhbəri tərəfindən ulu öndər siyasətinə uyğun həyata keçirilən uğurlu siyasətin, vaxtında və düzgün verilən düşünülmüş qərarların təzahürüdür.  Qeyd edilib ki, universitetimiz muxtar respublikada aqrar sahə üzrə kadr hazırlayan yeganə təhsil ocaqlarından biridir. Rektor diqqətə çatdırıb ki, təqdimatı keçirilən kitab da bu sahə üzrə təhsil alan tələbələr və tədqiqatçılar üçün bələdçi rolunu oynaya bilər.

          İqtisadiyyat kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov çıxışı zamanı bildirib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri əhalinin keyfiyyətli və təmiz ərzaq məhsulları ilə təmin olunmasıdır. Məhz bu baxımdan da kitabda qeyd olunan kənd təsərrüfatı məhsullarının istehsalı, taxılçılıq, toxumçuluq və.s kimi mövzular xüsusi önəm kəsb edir. Bu istiqamətdə görülən işlər ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün vacib əhəmiyyətə malikdir. Vurğulanıb ki, aqrar sahə ilə bağlı bütün mövzuların bir kitabda birləşdirilməsi tədqiqatçılar üçün bir informasiya bazası, bir dayaq nöqtəsi hesab edilə bilər.

          Mühasibat uçotu və maliyyə kafedrasının professoru, iqtisad üzrə elmlər doktoru Teymur Abbasov qeyd edib ki, müəllif kitabda kompleks islahatların aparılması, aqrar təhlükəsizliyin təmin edilməsi, məhsulların ixrac olunması statistikası ilə yanaşı heyvandarlığın müxtəlif sahələrindən quşçuluq, arıçılıq, balıqçılıq və.s kimi mövzular haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, kitab Naxçıvanda istehsal potensialının yüksəldilməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.

          Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Həsən Məmmədov vurğulayıb ki, müəllif kitabda Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş hüquqi sənədləri, aqrar sahənin bütün istiqamətlərini ayrıca bölmə şəklində təhlil edərək oxucuların diqqətinə çatdırıb.

           Daha sonra İqtisadiyyatın tənzimlənməsi ixtisaslaşması üzrə II kurs magistrant Mərhəmət Bayramov kitabın xüsusən tələbələr üçün faydalı bir mənbə olacağını qeyd edib.

             Müəllif kitabın ərsəyə gəlməsində, nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirib.

  

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031