SON DƏQİQƏ

17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:15 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB-2

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

naxcivanxeberleri.com

Yetişən gənc nəslin tərbiyəsi günün tələbidir

Yetişən gənc  nəslin tərbiyəsi günün tələbidir
22-01-2022, 22:30

Yetişən gənc əslin tərbiyəsi günün tələbidir Müstəqillik qazandığımız respublikamızda yetişən gənc nəslin tərbiyəsi, hərtərfli inkişafı mühüm əhəmiyyət kəsb edir. Müstəqil, suveren və demokratik dəyişikliklər yolu ilə gedən respublikamızın ümumtəhsil məktəblərinin qarşısında duran əsas vəzifə tərbiyə üzrə işlərin düzgün təşkili və həyata keçirilməsidir. Ölkənin gələcəyinin etibarlı əllərdə olması bu gün yetişən nəslin, övladlarımızın düzgün tərbiyə olunmasından, onların həyat mövqeyinin düzgün müəyyənləşdirilməsindən çox asılıdır. Bu isə öz-özünə yaranmır. Bu proses insanın nümunəvi fəaliyyəti ilə əlaqədardır və onunla şərtlənir.

Tərbiyədən danışarkən ulu öndər Heydər Əliyev vurğulayırdı ki: “Tərbiyə geniş məna daşıyır. Tərbiyə təkcə o deyil ki, gedib Vətəni silahla müdafiə edəsən. İnsan gərək həyatının hər dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın, onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə yaşasın. Bunlar hamısı tərbiyədən doğan şeydir. İnsan öz mədəniyyətinin də, iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir” Bu gün müstəqil Azərbaycan Respublikasının islahat proqramında təhsil işçiləri qarşısında bir sıra məsələlər qoyulmuşdur ki, bura yüksək keyfiyyətli, dərin və hərtərəfli biliyə, mədəniyyətə, mütərəqqi dünyagörüşə malik, Azərbaycan xalqının azadlıq və demokratik ənənələrinə bağlı olan, Vətəni, millətini və dilini sevən, insan hüquqları və azadlığına hörmət edən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaq və mənəvi keyfiyyətləri özündə cəmləşdirən, sivilizasiyalı cəmiyyət qurmağa qadir olan, 8 idrak səviyyəsi yüksək, sağlam və humanist keyfiyyətli, dostuna dost, düşməninə düşmən kimi yanaşan, hərtərəfli vətəndaş yetişdirməkdir. Vaxtı ilə ümummilli liderimiz Heydər Əliyev Respublika gənclərinin Birinci Forumunda (2 fevral 1996-cı il) çıxış edərək vurğulayırdı: “Təhsil ocaqlarımızda gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır” Bu gün tələb olunur ki, bu günki məktəbli dünənkindən daha bilikli, daha hazırlıqlı olsun, sabah bu günkündən daha ağıllı və hazırlıqlı olsun. Müasir məktəbli geniş elmi-mədəni dünyagörüşünə sahib olsun, bəşəri və milli-mənəvi dəyərləri mənimsəsin, hər yerdə yüksək mədəni davranış nümayiş etdirsin və daim tərbiyə səviyyəsini artırsın. O, Vətənini, xalqını, insanlarını dərin məhəbbətlə sevsin, xalqın mənəvi dəyərlərinə, dilinə, dininə, bayrağına, himninə, gerbinə, adət və ənənələrinə hörmət etsin və onlara sadiq olsun. Ümumtəhsil məktəblərində tədris edilən bütün fənlər, eləcə də dərsdənkənar işlər və məktəbdənkənar işlər şagirdlərin tərbiyəsində mühüm rol oynamalı, onların hərtərəfli formalaşmasına təsir etməlidir. Bütün bu işlərin həyata keçirilməsi hər bir məktəbin qarşısında böyqk vəzifələr qoyur.

Belə ki, məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, bu prosesin səmərəli təşkili məhz müəllimin şəxsiyyətindən, peşəkarlığından, klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnməsindən daha çox asılıdır. Müəllimlərimizin məhz milli və dünya klassik fəlsəfəsinin və maarifçiliyinin görkəmli nümayəndələrinin bilik xəzinəsinin nümunələri ilə silahlanması onlar üçün təhsil sahəsindəki vəzifələrini yerinə yetirməkdə, təlim-tərbiyə prosesinin təşkilində ən yaxın yardımçı rolunu oynaya bilər. Başqa sözlə desək, "təhsil insanlara əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur. Göründüyü kimi, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmiş, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq.

Tərbiyə çoxamilli prosesdir. Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması çox müxtəlif amillərin təsiri ilə baş verir: məktəb, ailə, ictimaiyyət, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti, yaşlı adamlar, kino, televiziya, bədii əsərlər və s. tərbiyədə mühüm rol oynayır. A.S.Makarenkonun sözləri ilə desək, uşağı hər şey - adamlar, əşyalar, hadisələr, ilk növbədə isə valideyn və müəllimlər tərbiyə edir. Deməli, tərbiyənin əsası ailədə qoyulsa da, bu proses məktəmdə davam edir. Bu da öz növbəsində müəllimlərdən böyük peşəkarlıq tələb edir. Tərbiyənin məzmunu onun məqsədi ilə, cəmiyyətin tələbatı ilə müəyyən olunur. Tərbiyənin başlıca məqsədi ahəngdar şəxsiyyət yetişdirməkdən ibarət olduğu üçün tərbiyə işinin məzmunu - bütün sahələri əlaqəli şəkildə həyata keçirilməli, ümumi məqsədə xidmət etməlidir. Belə olduqda təhsilin, valideynlərin məktəb və müəllim kollektivinin üzərinə mühüm vəzifələr düşür. Bu mənada pedaqogika və psixologiya elmlərinin üzərinə də mühüm vəzifələr düşür. Bu elmlərin məsuliyyət və səylə həll etməli olduğu problemlər tərbiyənin nəzəri mahiyyətinin açılması, əldə olunmuş təcrübənin öyrənilib ümumiləşdirilməsi yolu ilə gələcək mənəvi insanın təlim və tərbiyə prosesində formalaşdırılmasının pedaqoji əsaslarını müəyyənləşdirilməkdən ibarətdir. Bu isə ümumtəhsil məktəblərini daha səmərəli fəaliyyət prosesinə qoşar, qarşısına qoyduğu məqsədə doğru inamla irəliləməsinə imkan yaradar. Təhsilin modernləşdirilməsi prosesinin qarşıya qoyduğu tərbiyə məsələlərinin həll edilməsi onu düşünülmüş, real şəkildə qurmağı tələb edir. Burada formalizmə yol verilməməlidir. Tərbiyənin mənəvi istiqamətini müəyyənləşmiş meyarlar əsasında qurmaq lazımdır. Bu isə məktəbdə tərbiyə işinin mahiyyəti və məzmununu, pedaqoji prinsiplərini müəyyənləşdirməyi qarşıya bir vəzifə kimi qoyur. Cəmiyyət və insan həyatının əsas dəyərləri tərbiyə prosesinin bazasını təşkil edir. Onun yaxşı mənimsənilməsi və tətbiqi isə düzgün ümumpedaqoji prinsiplərinin düzgün müəyyənləşdirilməsindən asılıdır.

Tahirə Həsənova

Naxçıvan Müəllimlər İnstitutu

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031