SON DƏQİQƏ

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

15:33 - İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"

naxcivanxeberleri.com

ACILIQOTUNUN FAYDALARI HAQQINDA

ACILIQOTUNUN FAYDALARI HAQQINDA
22-01-2022, 20:30

Ephedra fəsiləsinə yalnız bir cins Ephedra L. - Acılıq daxildir. Şimali və Cənubi Amerikanın, Avrasiyanın arid zonalarında, səhra, yarımsəhra, çöl və seyrək meşəliklərində, qumlu və qayalıq sahələrində bitən kserofil və yarımkserofil olan bu cinsin, bəzi məlumata görə 35-45 növü vardır. Eyni zamanda Aralıq dənizi və Asiyanın quru iqlimli ərazilərində yayılmışdır. Adətən bu bitkilər çox budaqlanan, hündürlüyü 6-8 m-ə çatan kollar olsa da, ağacabənzər görünüş də ala bilirlər. Hətta Cənubi Amerikada bitən Ephedra triandra növü çox da böyük olmayan ağacdır.

Botaniki xüsusiyyəti: Ephedra equisetina Bunge - Qatırquyruğunabənzər acılıq çoxillik kol bitkisi olub, hündürlüyü 1,5 m, gövdəsinin diametri 4 sm-ə bərabərdir. Yerüstü orqanları sarı rəngli çoxillik odunlaşmış gövdədən və çoxillik (1-2 illik) odunlaşmış budaqcıqdan ibarətdir. Gövdəsi yaşıl düz, hamar, nazikşırımlı, qarşı-qarşıya, bərabər və düyünlü olub, uzunluğu 1,5-3 sm-dir. Yarpaqları qarşı-qarşıya, bölünmüş, yuxarı tərəfi kiçik üçbucaqlı və dişciklidir. Çiçəkləri açıq-yaşıl olub, iysizdir. İkievlidir, kolun birində erkəkciyi olan çiçəklər, digərində isə dişicikli çiçəklər olur. Yetişmiş meyvələrinin (yalançı meyvələr) uzunluğu 6-7 sm, qırmızı və ya narıncı, lətli və təktoxumludur.

Yayılması: Qafqaz, Rusiyanın Avropa hissəsinin cənub-şərqindəki Volqaboyu, Qərbi Sibir, Orta Asiya dağları, Şərqi Tyan-Şan, Orta Asiya (Qırğızıstan, Türkmənistan, Özbəkıstan) və Qazaxıstanın dağlıq, Tyan-Şan, Pamir-Altay, Monqolstan və Çin, Azərbaycanda Xəzərsahili düzənlik, Kür-Araz düzənliyi və Naxçıvan MR-in düzənlik ərazilərində yayılmışdır. Açıq günəşli, yığıntı-töküntülü, çınqıllı yerlərdə, daş və qayalıqlarda, əsasən dağ-çöl, dağ-meşə və subalp qurşaqları ilə məhdudlaşan tipik dağ bitkisidir. Quraqlığa davamlı və günəş sevəndir. Dəniz səviyyəsindən 1000-1800 m hündürlükdə qayalı yerlərdə, çınqıllı qayalıqlarda və qaya yarıqlarında bitir, güclü kök sistemi sayəsində inkişaf edir. Seyrək, lakin geniş kolluqlar əmələ gətirir. May-iyun aylarında çiçək açır. Toxumlar iyulda tam yetişməyə çatır, qönçələri sentyabrda düşür.

Toplanılması: Xammalın toplanılması erkən yazda apreldən bütün ilboyu (iyundan başqa) yeni əmələ gəlmiş gövdələrin yuxarı və orta hissələri iti bağ bıçağı və oraqla toplanılır. Qalınlaşmış hissələr toplanılmır. Xammalın təkrar toplanılması 3-5 ildən sonra aparıla bilər. 80-100 sm uzunluqda olan gövdəcikləri qurudulur. Xammal çardaqda, quruducu şkafda 45оС temperaturunda qurudulur.

Fitokimyəvi tərkibi: Tərkibində efedrin, onun izomerlərinin alkoloidi, aşı maddələri və təbii büzücü maddələri vardır. Yaşıl gövdələrinin tərkibində, toxumlarında, odunlaşmış gövdələrində, lətli meyvələrində 3,5%-ə qədər alkaloidlər olur. Alkaloidlərdən L-efedrin (85-90%), aşı maddələri (7-10%), leykoantosianidinlər (7,1-7,3%), flavonoidlər və askorbin turşusu vardır. Bitkinin bütün hissələrindən efedrin və psevdoefedrin alınır.

Təsir mexanizmi: Efedrin adrenomimetik, bronxolitik və psixostimlyator bitki olub, dolayısı ilə təsir edirək α və β-adrenoreseptorları normallaşdırır. Efedrin tənəffüs sistemini stimullaşdırır, dərinləşdirir, qan təzyiqini artırır, ürəyin qidalanmasını və həcmini yaxşılaşdırır, periferik damarların tonusunu artırır, bronxların saya əzələlərinin tonusunu azaldır. Qaraciyərin qan dövranını yaxşılaşdırır. Bəbəkləri genişləndirərək midriaz yaradır və gözdaxili təzyiqi aşağı salır.

İstifadəsi və qəbul qaydası: Bitkinin yerüstü orqanlarından istifadə olunur. Qan təzyiqini normallaşdırır, yolxucu xəstəliklər zamanı astma tutmalarını azaldır, bahar qızdırması, övrə və digər allergik xəstəliklərdə tətbiq edilir. Revmatizm, malyariya, astma, hipertoniya, mədə-bağırsaq və assit yaradan xəstəliklərdə işlədilir. Bitkidən alınan efedrin ürək-damar sistemini və bronxları stimullaşdırır və sakitləşdirir. Efedrin dərmanı efedrin-hidroxlorid adı ilə buraxılır. Geniş şəkildə allergik xəstəliklərdə (bronxial astma, övrə, vazomator rinit), narkotik maddələrlə (morfi, skopolamin) və qanqliotiklərlə zəhərlənmələr zamanı təyin edilir. Bronxların saya əzələlərin tonusunu azaltdığından bronxial astmada, göyöskürəkdə, asmatik tipli bronxitdə, allergik xəstəliklərdə (bahar qızdırması, övrə, vazomator rinit, serum xəstəliyi), arterial təzyiqin (hipertoniya, hipertenziya) azaldılmasında, infeksiyalarda, intoksikasiyalarda, kəskin travmalarda, əməliyyatdan sonrakı ağırlaşmalarda, damargenişləndirici və iltihabsorucu vasitə kimi istifadə edilir.

  • Bir çay qaşığı bitkini 250 ml suda 10 dəqiqə dəmləyərək, gündə 3 dəfə qəbul etmək göstöriş sayılır.

Tumurcuqlarında 11%-ə qədər tannin vardır ki, onlardan tannin ekstraktları alınır. Eyni xammaldan tibbi və aşılayıcı preparatların alınması üçün kombinə edilmiş texnoloji proses də mümkündür. Miopatiya, hipotoniyada əks göstəriş sayılır.

Tibbi tətbiqlər: Dərman xammalı kimi erkən yazda və yay-payız dövründə yığılan bitkilərdən budaqların apikal hissələrindən istifadə olunur. Otun tərkibində 1,5-3% alkaloid olur. Xammalından “Efedrin hidroxlorid” və “Defedrin” adlı farmakoloji preparatlar alınır. Efedrin dərmanların təsirini zəiflədir və dərman zəhərlənmələrində istifadə olunur. Efedrin hidroxlorid ”Teofedrin”, “Efatin”, “Solutan” adlı kompleks preparatları bronxial astma, asmoid bronxit və digər nəfəs darlığı xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.

 

 

Dendrologiya İnstitutunun “Bitki sistematikası”

laboratoriyasının aparıcı elmi işçisi:b.ü.f.d., dos. R.Ə.Ələkbərov

 

“Bitki sistematikası” laboratoriyasının elmi işçisi:K.Ə.Sadıqova

 

“Bitki sistematikası” laboratoriyasının kiçik elmi işçisi:V.R.Əhmədova

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031