SON DƏQİQƏ

17:44 - Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib

17:38 - Boşanmaq istəyən şəxs qeydiyyatda olmadığı başqa bir rayon məhkəməsinə müraciət edə bilərmi?

17:15 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB-2

17:02 - Müasir Naxçıvan rənglərin işığında” adlı rəsm sərgisi keçirilib-FOTO

16:51 - Türkiyə lideri: "Kosmik tədqiqatlarda Azərbaycanla birlikdə olacağıq"

16:47 - “TEKNOFEST Azərbaycan”: İlham Əliyev və Ərdoğana xatirə hədiyyələri təqdim olunub

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

naxcivanxeberleri.com

Tarixə möhtəşəm uğurları ilə yazılan daha bir il

Tarixə möhtəşəm uğurları ilə yazılan daha bir il
22-01-2022, 09:00

 Bu gün hər bir naxçıvanlı dönüb bir qədər geriyə baxanda yaşadığı indiki dövrlə qürur duyur: bu, hamımızın mənəvi haqqıdır. Belə qürur hissi yaşamağımıza səbəb saatbasaat, günbəgün müasirliyə qovuşan qədim yurd yerimizin inkişafının yeni mərhələsinə qədəm qoymasıdır. Tarix üçün qısa bir zaman kəsiyində on illərə bərabər inkişaf yolu keçən Naxçıvan artıq elə bir tərəqqiyə nail olub ki, onu sözlə ifadə etməkdə çətinlik çəkməyə bilmirsən. Paytaxt şəhərimiz, rayon mərkəzlərimizlə yanaşı addımlayan kənd yaşayış məntəqələrimizi də bu gün tanımaq olmur. 

    Vətənə, dövlətə, dövlətçiliyə, mənsub olduğun xalqa məhəbbət hisslərinin ifadəsi kimi sadalanan yeniliklər dünənə ehtiramın, sabaha cavabdehlik məsuliyyətinin bariz təcəssümüdür... Bunu 2021-ci ildə də gördük. Bu illik qısa bir zaman kəsiyi Naxçıvanın tarixinə, naxçıvanlıların yaddaşına qızıl hərflərlə yazıldı. Əlamətdar hadisələr hər birimizdə böyük təəssüratlar yaratdı.
    Bir aya yaxındır ki, başa vurduğumuz 2021-ci ili ilk olaraq nə ilə xatırlayırıq? Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri demişdir: “Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin ən mühüm hadisəsi mayın 10-da ölkə Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri olmuşdur”.  Səfər çərçivəsində dövlət başçısı ənənəvi olaraq bir neçə obyektin açılışında iştirak edərək Naxçıvanda görülən işləri yüksək qiymətləndirdi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”. 
    Ötən ilə qısaca nəzər salmaq üçün redaksiyamıza dəvət etdiyimiz muxtar respublika ziyalıları 2021-ci ildə muxtar respublikanın tarixinə yazılmış digər əlamətdar hadisələrdən də qürurla söhbət açdılar.
    Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli tarixi taleyimizdə mühüm rol oynayan Qars müqaviləsinin 100 illiyinin yüksək təntənə ilə qeyd olunmasını, bu müqavilənin əhəmiyyətini xüsusi vurğuladı və bugünkü inkişafımızın təməlində başlıca amillərdən biri olduğunu dilə gətirdi: “2021-ci il Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında digər mühüm hadisələrlə bərabər, muxtariyyətin siyasi-hüquqi statusunun əsasını təşkil edən beynəlxalq Qars müqaviləsinin imzalanmasının 100-cü ildönümü tədbirlərinin keçirilməsi ilə də tarixə yazıldı. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı 2021-ci il 8 fevral tarixli “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncamla təsdiq edilmiş “Qars müqaviləsinin 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq ötən il ərzində bir sıra müxtəlif səpkili tədbirlər reallaşdırılmışdır. Bu baxımdan martın 17-də AMEA Naxçıvan Bölməsində onlayn və üz-üzə formada AMEA-nın və Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət və Qars Qafqaz universitetləri əməkdaşlarının iştirakı ilə keçirilən “Qars müqaviləsi və Naxçıvan” mövzusundakı elmi konfrans, sentyabrın 29-30-da həmin ali təhsil müəssisələrinin Türkiyənin Qars şəhərində təşkil etdikləri “Qars müqaviləsinin tarixi əhəmiyyəti” mövzusunda beynəlxalq simpozium xüsusi qeyd olunmalıdır. Ölkəmizin və qardaş Türkiyənin bir sıra universitetlərinin alim və tədqiqatçıları Qars müqaviləsinin tarixi və müasir əhəmiyyətini müxtəlif elm sahələri üzrə ətraflı təhlil etmişlər. Simpozium zamanı müqavilə ilə bağlı müxtəlif tarixi şəkil və Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi əsasında ilk dəfə hazırlanmış xəritələrindən ibarət sərgi də böyük maraqla qarşılanmışdır.
    Tədbirlər Planına əsasən 2021-ci ildə “Qars müqaviləsi və Naxçıvan” mövzusunda elmi araşdırmalar prioritet təşkil etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının 39-cu sayı (2021) Qars müqaviləsinin 100 illiyinə həsr olunmuşdur. Bundan başqa, muxtar respublikanın kütləvi informasiya vasitələrində müqavilə ilə bağlı çoxsaylı tematik verilişlər və qəzet materialları işıq üzü görmüşdür ki, onların sırasında “Şərq qapısı” qəzetinin təşkilatçılığı ilə qəzetin redaksiyasında keçirilən “Naxçıvanın muxtariyyət statusuna verilən beynəlxalq təminat: Qars müqaviləsi” mövzusunda dəyirmi masanı (qəzetin 3 mart 2021-ci il tarixli sayında işıqlandırılmışdır), Naxçıvan Televiziyasının hazırladığı verilişləri xüsusi qeyd etmək olar.
    Oktyabrın 10-da AMEA Naxçıvan Bölməsində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün akademik İsmayıl Hacıyevin “Qars müqaviləsi  – 100” mövzusunda keçdiyi interaktiv dərs muxtar respublikanın bütün orta təhsil müəssisələrinin şagirdləri tərəfindən maraqla qarşılanmışdır.
    Ötən il “Azərpoçt” MMC tərəfindən Belarus Respublikasının Bobruysk şəhərində “Qars müqaviləsi – 100 il” mövzusunda 8 markadan ibarət vərəq şəklində 103 min tirajla yubiley poçt markalarının və 200 ədəd “Birinci gün” zərfinin dövriyyəyə buraxılması da tarixi sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlər sırasındadır.
    Naxçıvan Dövlət Musiqili Dram Teatrında oktyabr ayının 27-də beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunan yubiley tədbiri bu istiqamətdəki bütün tədbirlərin zirvə və yekun hadisəsi kimi təqdirəlayiq və yaddaqalan olmuşdur. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iştirak və çıxış etmişdir. Zirvə tədbirində müqavilənin 100 illiyi münasibətilə hazırlanmış sənədli film, eləcə də Qars müqaviləsi və Naxçıvanın ərazi taleyinə həsr olunmuş elmi əsərlərdən ibarət sərgi nümayiş etdirilmişdir. Bütün bunlar tarixi taleyimizdə mühüm əhəmiyyətə malik bir müqaviləyə böyük önəm verilməsinin ifadəsi kimi dəyərləndirilməlidir”.
    Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva ötən ilin muxtar respublikada əsl mədəniyyət hadisəsi, təsviri sənət ustaları üçün sənət bayramı ilə yaddaqalan olduğunu söylədi: – Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi biz rəssamların məbədidir. Ötən illər ərzində birlik şərəfli bir inkişaf yolu keçib. Bu, böyük bir tarixdir. Biz bu tarixi qoruyub saxlamalı və gələcək nəsillərə ötürməliyik. Sevinirik ki, hərtərəfli qayğı ilə əhatə olunmuşuq. Muxtar respublika rəhbərinin qayğısı sayəsində Rəssamlar Birliyi yeni bina və emalatxana ilə təmin edilib, birlik üzvlərinin yaradıcılıq imkanları genişləndirilib, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi və Rəssamlar Parkı yaradılıb, rəssamlarımıza fəxri adlar verilib, onların albom-kataloqları nəşr olunub. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali         Məclisi Sədrinin müvafiq sərəncamları ilə Azərbaycan rəssamlıq məktəbinə böyük töhfələr vermiş Bəhruz Kəngərlinin 120, Şamil Qazıyevin 110, İbrahim Səfiyevin isə 120 illik yubileyləri təntənəli şəkildə qeyd edilib.
    Muxtar respublika rəhbəri tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam bir daha muxtar respublikamızda rəssamlıq sənətinə verilən qiymətin, diqqətin və rəssamlarımıza daha bir qayğının ifadəsidir. Bununla əlaqədar təsdiq edilmiş Tədbirlər Planına əsasən aidiyyəti qurumlarla birgə “Naxçıvanda rəssamlıq sənətinin inkişafı” mövzusunda konfrans, Rəssamlar Birliyinin yubiley sərgisi, “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilib. 
    Tədbirlər sırasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Bəhruz Kəngərlinin anadan olmasının 129 illiyilə əlaqədar Rəssamlar Parkında rəssamın heykəli önünə gülqoyma mərasiminin keçirilməsi, Bəhruz Kəngərli Muzeyinin və qəbrinin ziyarət edilməsi bu böyük rəssama və onun sənətinə ehtiramın ifadəsinə çevrildi. 
    Qeyd edim ki, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlmə-ilmə ömür” adlı sərgidə tanınmış xalçaçı rəssamın 1ədəd xalçası, müxtəlif illərdə toxunmuş 27 xalçanın isə reproduksiyaları nümayiş etdirilib, rəssamın bədii irsini əks etdirən albom-kataloqu nəşrə hazırlanıb.    
    Naxçıvan rəssamlıq məktəbinin tanınmış nümayəndələri haqqında ensiklopediyanın nəşri başa çatdırılıb.
    İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan eloğullarımız bizim hər birimizin qürur yeridir. Ona görə də rəssamlarımız bu mövzuda xeyli əsərlər yaradıblar və birliyin Bəhruz Kəngərli adına Sərgi Salonunda 44 günlük Vətən müharibəsində canını fəda etmiş naxçıvanlı şəhidlərin “Qəhrəmanlar unudulmur” adlı portret sərgisi böyük maraq doğurub. II Qarabağ müharibəsi şəhidlərinin portretləri şəhid ailələrinə təhvil verilib.
    2021-ci ildə fərdi, qarışıq və yubiley sərgilərinin təşkili, ustad dərslərinin və rəssamlarla görüşlərin keçilməsi diqqət mərkəzində saxlanılıb. Rəssamlarımızın müxtəlif mövzulu sərgiləri sənətsevərlər tərəfindən yüksək dəyərləndirilib. 
    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov 2021-ci ilin muxtar respublika üçün ən önəmli illərdən biri olduğunu vurğulayaraq deyir ki, ötən il muxtar respublikanın səhiyyə sistemində bir sıra məqsədyönlü tədbirlər, xeyriyyə aksiyaları keçirilib, icbari tibbi sığortanın tətbiqi istiqamətində tədbirlər davam etdirilib.  Yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, müasir tibb infrastrukturunun yaradılması əhalinin sağlamlığının etibarlı təminatına zəmanət verib. 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz düşmənə sarsıdıcı zərbələr vurub onları geri oturtduğu kimi, səhiyyə işçilərimiz də görünməz düşmənə –  COVID-19 virusuna qarşı mübarizədə diqqətəlayiq uğurlar qazanıblar. Bəhs olunan dövrdə səhiyyə işçilərinin aid qurumlarla birgə apardığı profilaktik işlər, dezinfeksiya və vaksinasiya tədbirləri muxtar respublikada yoluxucu xəstəliklərlə bağlı vəziyyəti stabil saxlayıb. Bunun nəticəsidir ki, ölkə üzrə koronavirusa yoluxma faktına görə ən az göstərici Naxçıvanda qeydə alınıb.
    Qəbul olunmuş Dövlət proqramlarının icrası göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, dərmanla təchizatın əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradıb.
    Səhiyyə işçiləri şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə səhiyyə xidmətinin, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılması, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təmin edilməsi, əlilliyin təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanması və digər xidmətlərin yüksək səviyyədə təmin edilməsini diqqət mərkəzində saxlayır. Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika Müalicə Mərkəzinin, rayon mərkəzi xəstəxanalarının, digər səhiyyə müəssisələrinin həkim briqadaları, Bakı şəhərindən gələn yüksəkixtisaslı həkim heyəti Vətən müharibəsi qazilərini, şəhid ailələrinin üzvlərini yaşadıqları ünvanda   hərtərəfli tibbi müayinədən keçiriblər.  
    Muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Ötən ili yüksək nailiyyətlərlə başa vuran tibb işçilərimiz bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.
    Naxçıvan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rövşən Hüseynov 2021-ci ilin həm də mətbuat işçiləri üçün yaddaqalan olduğunu dilə gətirdi: “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə 2021-ci il 1 iyun tarixli Sərəncam imzalamış, bununla əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən muxtar respublikanın bütün rayonlarında, qədim diyarımızın elm və ali təhsil ocaqlarında 13 tədbirin keçirilməsi, dekabr ayının 18-də isə Naxçıvan şəhərində ən qocaman mətbu orqanımızın 100 illik yubileyinin qeyd edilməsi, qəzet əməkdaşlarının əməkhaqlarının orta hesabla 20 faiz artırılması, sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə birlikdə hazırlanan “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişafı yolu”, “Şərq qapısı” qəzeti əməkdaşlarının 6 kitabının işıq üzü görməsi nəinki jurnalistlərin, həmçinin ədəbi mühit nümayəndələrinin, ziyalıların və ictimaiyyətin böyük sevincinə səbəb olub. Yubiley ərəfəsində 2 qəzet əməkdaşı “Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti” fəxri adına layiq görülüb, 2 əməkdaş “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib. Qəzetin baş redaktoruna Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Fəxri Fərmanı təqdim olunub. Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması isə qəzetlərin yaradıcılıq imkanlarının genişlənməsində  mühüm əhəmiyyətə malikdir. Bu gün mətbuat işçiləri sabahımıza doğru gedən yolun tarixini uğurla yazırlar. Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir”. 
    Son olaraq oxucuların nəzərinə çatdırmaq istərdik ki, ili ildən uğurla gələn muxtar respublikamızda müvəffəqiyyətlərə nail olmaq bu gün heç də çətin deyil. Muxtariyyətimizin, müstəqilliyimizin bəhrəsi olan belə müvəffəqiyyətlərin təməlində qədim diyarımızda ulu öndər Heydər Əliyev siyasətinə böyük diqqət və ehtiram göstərilməsi dayanır. Məhz görkəmli dövlət xadiminin ən qiymətli sərvət kimi muxtariyyətimizin və müstəqilliyimizin əbədi olması üçün həyata keçirdiyi tədbirlər, bu tədbirlərin real nəticələri ilə göz qabağındadır. Artıq öz yerini tutmuş 2022-ci ildə daha böyük uğurların qazanılması isə şəksizdir.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031