SON DƏQİQƏ

16:37 - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "TEKNOFEST Azərbaycan" festivalına qatılıblar - FOTO, YENİLƏNİB

16:19 - Ərdoğan: “Akıncı” PUA-sı İstanbuldan Bakıya dayanmadan uçmaqla rekorda imza atıb”

16:09 - Ərdoğan: "Məqsədlərimizin reallaşması üçün Azərbaycanla koordinasiyalı fəaliyyətimizi davam etdirəcəyik"

16:06 - Prezident İlham Əliyev: "Türkiyənin artan gücü bizi də gücləndirir"

15:56 - Ərdoğan: "Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

15:53 - İlham Əliyev: "Gənclər üçün Əziz Səncər kimi insanlar örnəkdir, nümunədir"

15:51 - Türkiyə Prezidenti: "Sizə Qarabağ deyəndə ürəyində fırtınalar olan 85 milyon vətəndaşımızın salamını gətirmişəm"

15:45 - Ərdoğan: "Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!"

15:43 - Türkiyə Prezidenti: "Şəhidimiz Xudayarın türkü söylədiyi diyarlara salam və sevgimi göndərirəm"

15:41 - Ərdoğan: "Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam"

15:38 - Dövlət başçısı: "Türkiyə-Azərbaycan qardaşlığı bölgə üçün, dünya üçün çox önəmli faktordur"

15:33 - İlham Əliyev: "Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq"

15:25 - Azərbaycan Prezidenti: "Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır"

15:15 - İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirici konfrans keçirilib - FOTO

15:10 - MN: "Ermənistan mətbuatında yayılan məlumat dezinformasiyadır"

naxcivanxeberleri.com

“Şərq qapısı” qəzetində ötən ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib

“Şərq qapısı” qəzetində ötən ilin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib
21-01-2022, 18:19

Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxış edərək bildirib ki, redaksiya kollektivi ötən ildə də muxtar respublikanın sosial-iqtisadi inkişafının, aparılan quruculuq və abadlıq işlərinin, humanitar siyasətin işıqlandırılmasını diqqətdə saxlayıb. Bəhs olunan dövrdə “Nizami ili”,  Qars müqaviləsinin 100 illiyi, “Şərq qapısı” qəzetinin 100 illik yubileyi , Aşıq Ələsgərin 200 illiyi, Rəssamlar Birliyinin 50 illiyi, Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar çoxsaylı materiallar hazırlanıb, qəzetdə dərc edilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamının icrası istiqamətində bir çox idarə və müəssisələrdə, ali təhsil ocaqlarında qəzetin yubiley tədbirləri təşkil edilib, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elmi konfrans keçirilib, bölmə ilə birlikdə “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı hazırlanıb, ümumilikdə yubiley münasibətilə 13 tədbir keçirilib, qəzet əməkdaşlarının 6 kitabı işıq üzü görüb, yaradıcılıq müsabiqəsi keçirilib, mətbuatda silsilə məqalələr dərc olunub. “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə 1 oktyabr-30 noyabr tarixlərində elan edilən yaradıcılıq müsabiqəsinin mükafatlandırma mərasimində qəzet əməkdaşlarından Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov “İllər, sizdə nəyim qaldı…” publisistik məqalələrdən ibarət kitabı ilə I və “Şərq qapısı” qəzetinin əməkdaşı Güntac Şahməmmədli “Müstəqillik illərində muxtar respublikada təhsil inkişafının ən yüksək zirvəsinə çatıb” məqaləsi ilə II yerə layiq görülüblər. Qaliblərə diplom və pul mükafatları təqdim olunub.

100 illik yubileyin qeyd olunması ilə bağlı tarixi sərəncamın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən “Şərq qapısı” qəzetinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb. www.serqqapisi.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün yeni sayt müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, istər planşetinin və ya mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb.

Vurğulanıb ki, ötən ilin  vacib və  yadda qalan tədbirlərindən biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamına əsasən dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbirinin təntənəli şəkildə qeyd edilməsi olub.  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri həmin  tədbirdə iştirak etmiş, qəzetin keçdiyi tarixi inkişaf yolunu yüksək qiymətləndirmişdir.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə  “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması, “Şərq qapısı” qəzetinin baş redaktoru Sultanova Mehriban Paşa qızına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanının təqdim edilməsi də mətbuat işçilərinə göstərilən diqqətin və qayğının bariz ifadələrindən biri olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə “Şərq qapısı” qəzetinin 2 əməkdaşının  Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı, qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 4 əməkdaşının isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunmaları ötən ilin uğurları kimi tarixə yazılmışdır.

Diqqətə çatdırılıb ki, ötən il qəzet əməkdaşları muxtar respublikada təşkil edilən bir sıra əhəmiyyətli tədbirlərin –“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin, “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin, yerli blogerlərin muxtar respublikaya səfərinin və digər müxtəlif tədbirlərin işıqlandırılmasında fəal iştirak ediblər. Ötən ilin dekabr ayında Naxçıvan Dövlət Universiteti tərəfindən təşkil edilən “Müstəqillik illərində inkişafın Naxçıvan modeli” yaradıcılıq müsabiqəsində universitetin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi, eyni zamanda qəzetin əməkdaşı Məcid Əkbərov qalib olub. Ötən il də hamiliklə bağlı tədbirlər diqqətdə saxlanılıb, gənc jurnalistlərin məqalələri silsilə şəklində “Şərq qapısı” qəzetində dərc edilib.

Diqqətə çatdırılıb ki,  ötən il, ümumilikdə böyük uğurlarla yadda qalıb, qəzetin  245 nömrəsi dərc olunub, qəzetin www.serqqapisi.az saytına 255 min baxış olub, 5 mindən çox material yerləşdirilib.

Mehriban Sultanova çıxışının sonunda mətbuat işçiləri adından mətbuata göstərdiyi böyük diqqət və qayğıya görə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək qeyd edib ki, hesabat dövrü ərzində Naxçıvan Mətbuat Şurası fəaliyyətini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mətbuatımızın qarşısına qoyduğu tələb və tövsiyələr əsasında qurub, monitorinqlərin davamlı və təhlili aparılmasına çalışıb.  Ötən il Naxçıvan Mətbuat Şurası “Şərq qapısı” qəzetinin 100 illik yubileyi ilə əlaqədar mətbuat orqanının əməkdaşları ilə birlikdə qəzetin 100 illik yubileyi tədbirində fəal iştirak edib.

Bildirilib ki, ötən il də Naxçıvan mətbuatının fəaliyyətini maarifçilik, günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün məlumatlandırmaq istiqamətində qurması diqqətdə saxlanılıb. Şəhər və rayon qəzetlərində milli dəyərlərimiz, milli mətbəximiz, yurdumuzun, nemətləri, xalq yaradıcılığı, muxtar respublikanın quruculuq, qədim tarixi və abidələri, mədəniyyəti, görkəmli şəxsiyyətləri, dövlət proqramlarının icrası, dövlət gənclər siyasəti, idman, ordu quruculuğu və vətənpərvərlik, turizm və digər mövzularda silsilə materiallar hazırlanaraq dərc edilib.

Tədbirdə “Şərq qapısı” qəzetinin  məsul katibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov,  qəzetin əməkdaşı Güntac Şahməmmədli çıxış edərək ötən il qəzetin əldə etdiyi nailiyyətlərdən danışıb, 2022-ci ildə digər muxtar respublikanın mətbuat orqanlarına fəaliyyətlərində uğurlar arzulayıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031