SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınır

Naxçıvanda çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınır
18-01-2022, 21:50

Naxçıvanda çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınır. 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 23 noyabr 2021-ci il tarixdə imzaladığı Sərəncamın icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çağırışçıların yola salınmasına başlanıb.

 Sərəncama əsasən bu gündən etibarən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları müəyyənləşdirilmiş qrafik əsasında xidmət yerlərinə göndərilir.

Gənc çağırışçılar üçün bu gün əlamətdar günlərdən biri idi. İnanırıq ki, Azərbaycan əsgəri adını daşıyacaq bütün gənclərimiz Vətənin bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin, şəhidlərimizin nümunəvi xidmət yolunu davam etdirəcək, hərbi xidmətlərini ləyaqətlə yerinə yetirəcək, torpaqlarımızı mərdliklə qoruyacaq və Azərbaycan əsgəri adını uca tutacaqdır.

            Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların xidmət yerlərinə göndərilməsi və nəzərdə tutulmuş xidmət müddətini keçərək ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatına alınması prosesi yanvarın 30-dək davam edəcəkdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031