SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda 2021-ci ildə görülən işlər və qarşıya qoyulan vəzifələr müzakirə olunub 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda 2021-ci ildə görülən işlər və qarşıya qoyulan vəzifələr müzakirə olunub 
18-01-2022, 18:46

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə açan Fondun sədri Rasim Bağırov qeyd edib ki, ötən il ərzində muxtar respublikada əmək pensiyalarının təyinatı və ödənişinin aparılması, eləcə də fərdi uçot sisteminin qurulması istiqamətində müvafiq işlər görülüb.

Naxçıvan Muxtar Respublikası  Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, 2021-ci ildə aidiyyatı orqanlar tərəfindən məcburi dövlət sosial sığorta haqlarının yığılması üzrə fondun xəzinə hesabına 113 milyon 177 min 600 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan məbləğdən 3 milyon 777 min  600 manat çoxdur. Məcburi dövlət sosial sığorta haqlarının 80 milyon 188 min  600 manatı büdcə təşkilatlarından daxil olub. Qeyri-büdcə sektoru üzrə 32 milyon 989 min  manat vəsait  daxil olub ki, bu da nəzərdə tutulan məbləğlə müqayisədə 4 milyon 889 min manat çox vəsait deməkdir.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda qeydə alınan artım muxtar respublikada əmək pensiyaları və müavinətlərin hər ay vaxtında maliyyələşdirilməsinə şərait yaradıb. 2021-ci ildə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 188 milyon 214 min  manat, o cümlədən əmək pensiyalarının ödənilməsinə 184 milyon 362 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərə 3 milyon 852 min manat vəsait ayrılıb. Əmək pensiyaları və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 60,1 faizi muxtar respublikada məcburi dövlət sosial sığorta haqqı olaraq yığılıb.

Diqqətə çatdırılıb ki, 2021-ci ildə Fondun yerli orqanları tərəfindən muxtar respublika üzrə 1249 nəfərə yaşa görə, 170 nəfərə əlilliyə görə, 451 nəfərə isə ailə başçısını itirməyə görə, ümumilikdə 1870 nəfərə əmək pensiyası təyin edilib. Pensiya təyin olunan vətəndaşlardan 1582 nəfərinə qanunvericiliyə əsasən ilk dəfə təyinat olub, 288 nəfərin isə pensiya növündə dəyişiklik edilib.  

Müvafiq dövr ərzində 52 hüquqi, 2429 fiziki şəxs sosial sığorta sistemində sosial sığorta ödəyicisi kimi uçota alınıb. Hesabat dövründə ilk dəfə əmək fəaliyyətinə başlayan 2863 sığortaolunan sosial sığorta sistemində elektron imza vasitəsi ilə uçota alınıb. Bununla da fərdi uçot sistemində qeydə alınanların sayı artaraq 182 min 512 nəfərə çatıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən muxtar respublika üzrə 46 min 388 əmək pensiyaçısının və ya pensiyaçıların 92,3 faizinin pensiyalarının sığorta hissəsi 11,4 faiz artırılıb. Həmçinin fərdi uçot sistemində qeydiyyatda olan 179 min 649 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin yanvar ayının 1-dən indeksləşdirilərək 2,8 faiz artırılması elektron qaydada həyata keçirilib.

“1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2021-ci il tarixli Sərəncamına müvafiq olaraq, muxtar respublika üzrə bu kateqoriyadan olan pensiyaçılara ümumilikdə 345 min 750 manat vəsait ödənilib. Bunlardan 11 nəfər müharibə iştirakçısına 1500 manat, digər 439 nəfərə isə 750 manat məbləğində birdəfəlik maddi yardımların verilməsi təmin edilib.

Vurğulanıb ki, 2020-ci il 1 dekabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “İkinci Qarabağ müharibəsində şəhid olanların ailə üzvlərinin və yaralanmış şəxslərin vəziyyəti barədə” keçirilən müşavirədə verilən tapşırıqların icrası diqqət mərkəzində saxlanılıb. Belə ki, 2021-ci il ərzində fonda müvafiq icra hakimiyyəti orqanlarından daxil olmuş məktublara əlavə olunan məlumat vərəqələrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı yaralanmış 36 hərbi qulluqçuya hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlilliyə görə və həlak olmuş 44 hərbi qulluqçunun 96 nəfər ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunub.

Fondun sədri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada sosial siyasətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qarşıya qoyduğu vəzifə və tapşırıqların, o cümlədən Fondun 2022-ci il büdcəsinin icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsinə daha da səylə çalışacaqdır.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031