SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
15-01-2022, 12:51

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, yanvarın 15-i saat 11:30-a əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 27 sm, Sarıbaşda (Qax) 22 sm, Qrızda 14 sm, Xaltan, Şahbuzda 10 sm, Daşkəsəndə 8 sm, Altıağacda 7 sm, Naxçıvanda 6 sm, Göygöl, Lerikdə 5 sm, Qobustanda 4 sm, Qubada 3 sm, Qusarda 1 sm olub.

Gözlənildiyi kimi şimal-qərb küləyi 14-ü axşamdan güclü cənub-qərb küləyi ilə əvəz olunub, küləyin maksimal sürəti Naftalanda 26 m/s, Qobustanda 22 m/s, Gəncə, Tovuz, Samaxıda 20 m/s, Ağstafa, Göyçay, Şəkidə 18 m/s, Yevlaxda 17 m/s, Bərdə, Tərtərdə 16 m/s, Şərurda 15 m/s, Bakıda 30 m/s, Abşeron yarımadasında 25 m/s, Abşeron-Dəniz rayonunda 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31