SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ədəbi əsərlərin tədrisinin nəzəri əsasları          

Ədəbi əsərlərin tədrisinin nəzəri əsasları          
15-01-2022, 12:40

Ədəbi əsərin məktəbdə öyrədilməsi məsələlərindən birinci növbədə onun özünün mahiyyətini, xüsusiyyətlərini bilmək, dərk etmək lazımdır. Ədəbiyyatşünaslığa, habelə ədəbiyyatın məktəbdə tədrisinə həsr olunan kitablarda ədəbi əsər anlayışının məzmununa, onun xüsusiyyətlərinə dair məlumatlara rast gəlmək çətindir.

          Ədəbi əsərlər elə tükənməz xəzinədir ki, ondan hər bir ziyalı faydalana bilər, hər nəsil, hər kəs ondan öz payını götürə bilər, orada bəşəriyyətin bütün zümrələri üçün mənəvi qida vardır.

          Hər bir əsər özünəməxsus keyfiyyətləri olan tam bütövdür. Əsərlərin ümumi cəhətləri olsa da, biri digərini təkrarlamır, onlar arasında eynilik yoxdur. Bu baxımdan ədəbi əsərləri insanlarla müqayisə etmək olar. Yer üzündə milyardlarla adam var. Lakin iki elə adam tapmaq olmaz ki, bir-birinin eyni olsun. Ədəbi əsərlər də belədir.  Onların bir-birinə bənzər cəhətləri olduğu kimi, hər biri özünəməxsus aləmdir.

          Ədəbi əsərlər son dərəcə zəngin, dolğun və mürəkkəbdirlər. Onların qavranılması prosesi də belədir. Hər adam bədii əsəri bütün dərinliyi və zənginliyi ilə qavraya bilməz. Hər hansı bir əsəri, məsələn, Nizaminin “Xosrov və Şirin” əsərini dolğunluğu ilə, olduğu kimi qavramaq üçün müəllifin səviyyəsində olmaq, əsəri yazarkən onun keçirdiyi əqli-mənəvi prosesləri yaşamaq lazımdır.

          Ənənəvi tədris prosesində ədəbi əsərlər məktəb ədəbiyyat kursunun əsasını təşkil edirdi. Ədəbi əsərlər həm də əhəmiyyətinə görə ədəbiyyat tədrisində xüsusi yer tuturdu. Əsərlər ədəbiyyatın inkişaf tarixini ictimai-siyasi həyatı, adamlar arasındakı mübahisələri , insan xarakterlərini öyrənmək üçün misilsiz məktəbdir. Ədəbi əsər təkcə həyatı dərk etmək vasitəsi deyildir, həm də daxilən təkmilləşmə, özünütərbiyə üçün, həyata fəal münasibət bəsləmək üçün adamlara güclü təsir göstərir, mənəviyyatının formalaşmasında mühüm rol oynayır. Bütün bunlara görə ədəbi əsərlərin öyrənilməsi ədəbiyyat tədrisinin metodikasının mühüm biri hissəsi hesab olunur.

          Ədəbi əsərin böyük dərkedici və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq məktəbdə onun tədrisinə daha çox yer verilirdi.

          Ədəbi əsərin məktəbdə öyrədilməsi mühüm məsələ olduğuna görə onun məktəbdə öyrədilməsinin elmi-metodiki əsasları, üsul və priyomları əsasən işlənib hazırlanmışdır.

          Ədəbi əsərin ənənəvi qaydada məktəbdə öyrədilməsini düzgün təşkil etmək üçün vacib məsələlərdən biri materialın qavranılması mexanizmini, habelə müxtəlif səviyyəli şagirdlərin ədəbi əsəri qavrama xüsusiyyətlərini aydın dərk etmək və anlamaq idi.

          Ədəbi əsərin qavranılması qanunauyğunluqları idrak nəzəriyyəsinin müddəalarına əsaslanır.

          Əsərin janr formasından, məzmunundan asılı olaraq şagirdlərdə estetik informasiyaların nisbəti müxtəlifdir.

          Lirik əsərlər, məsələn, S.Vurğunun “Azərbaycan” şeiri, M.Füzulinin “Məni candan usandırdı” qəzəli öyrədilərkən şagirdlər onların məzmununa dərin maraq göstərirlər.

          Bədii əsərin qavranılmasının keyfiyyəti orqanizmin estetik xassəsi ilə şərtlənir. Əgər oxucu, dinləyici mənəviyyatca zəngindirsə, həssasdırsa, əsərdəki hisslərə bənzər duyğular onda boldursa, bu zaman qavranılan estetik materialın həcmi, təsir gücü geniş olacaq, o estetik materialı çətin qavrayacaqdır.

          Bədii qavrama prosesinə, yaxud ədəbi əsərin qavranılmasına dair bu mülahizələrin hər ikisində həqiqət vardır.

          Ədəbi əsərin qavranılması son dərəcə mürəkkəb prosesdir. Ənənəvi tədris zamanı əsərin məktəbdə tədrisi bir neçə mərhələni əhatə edirdi.

          Yeni təlim metodlarında isə bu məsələ bir az fərqli şəkildədir. Belə ki, Ədəbiyyat dərslərində ədəbi əsərin qavranılmasında bu metodun böyük əhəmiyyəti vardır. Bəzi obrazların mənimsənilməsində, məsələn “Xeyir və şər” mənzumm hekayəsində Xeyir və Şərin, “Dədəd Qorqud” və “Koroğlu” dastanlarının və s. müqayisəsi şagirdlərin mövzunu daha yaxşı mənimsəməmsinə şərait yaradır.

          Qloballaşan, daim irəliyə-yeniliyə doğru can atan dünyamızı bu gün ən müasir informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün deyil.

          Bu baxımdan bu və bu kimi mövzulara müraciət etmək hər bir ziyalının mənəvi borcudur. Gələcək nəsillərin daha geniş bilik səviyyəsinə malik olmaları üçün araşdırmalar aparmaq vacibdir.

 

Şəhla Fətəliyeva

Naxçıvan Müəllimlər İnstitutunun dosenti

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31