SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Sədərək Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
14-01-2022, 21:16

14 yanvar 2022-ci il tarixdə Sədərək rayon Təhsil Şöbəsinin  təşkilatçılığı ilə Heydərabad qəsəbə  tam orta məktəbdə “Şəhidlər unudulmur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, müsabiqədə çıxış edənlər  Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri haqqında məktəblilərə məlumat verib. Bildirilib ki, muxtar respublikamızda ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi yetişməkdə olan gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsində, onlarda vətənə, torpağa məhəbbət hissinin aşılanmasında, həmçinin Azərbaycanı sevən, onu hər an müdafiə etməyə hazır olan bir vətəndaş kimi formalaşmasında böyük rol oynayır.

    Bildirilib ki, 44 günlük II Qarabağ müharibəsində şanlı ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımız düşməndən azad edilmişdir. Vətən uğrunda gedən döyüşlərdə naxçıvanlı igidlər yorulmaq bilmədən məharətlə vuruşmuş, öz igidlikləri ilə xüsusilə seçilmiş, əsl qəhrəmanlıq dastanı yazmışlar. Vurğulanıb ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi ilə yanaşı məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsidir.

  Müsabiqədə şagirdlərə mövzu ətrafında öz fikirlərini ifadə etmələri üçün 2 saat vaxt verilib. İnşa yazı müsabiqəsində Sədərək rayon  ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 18 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə yazıblar. Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə görə I yerə Dəmirçi kənd tam orta məktəbinin IX sinif şagirdi Müjdə Pənahova, II yerə Heydərabad qəsəbə tam orta məktəbin X sinif şagirdi Şəfaət Bayramova və III yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Həcər Səfərli layiq görülmüşlər.

İnşa yazı müsabiqəsinin qalibləri Sədərək rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatladırılmışlar.

Qeyd edək ki, inşa yazı müsabiqəsinin qalibi olmuş şagirdlərimiz 18 yanvar 2022-ci ildə keçiriləcək muxtar respublika mərhələsində rayonumuzu təmsil edəcəklər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31