SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyndə kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyndə kollegiya iclası keçirilib
14-01-2022, 22:30

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal  Sevdimaliyev kollegiya iclasında geniş məruzə ilə çıxış edib. Bildirib ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf  konsepsiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə ulu öndər tərəfindən qoyulmuş inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilməsi və infrastrukturun yenilənməsi bütün sahələrin dinamik inkişafı ilə nəticələnib. 

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə diyarımızda müasir texnologiyaların tətbiq edilməsi nəticəsində telekommunikasiya xidmətlərinin əhatə dairəsi ilbəil artırılır, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Yaşayış məntəqələri tamamilə telefonlaşdırılıb, müasir rabitə sistemləri qurulub, sürətli internetə çıxış təmin olunub. Ötən ildə 9 Rabitə Evi, habelə Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib, Şərur rayonunun Çərçiboğan, Ordubad rayonunun Unus, Kələki və Pəzməri kəndlərində yeni inşa olunan kənd mərkəzlərinə rabitə xətlərinin çəkilməsi üçün zəruri tədbirlər həyata keçirilib. 

Muxtar respublikanın stasionar telefon şəbəkəsinin tamamilə Yeni Nəsil (NGN) Telekommunikasiya sisteminə keçirilməsi, habelə “Naxtel”mobil rabitə şəbəkəsinin abunəçi tutumunun artırılması üçün yeni baza stansiyalarının istifadəyə verilməsi istiqamətində işlər davam etdirilib. Həyata keçirilən tədbirlər 4-cü nəsil “Naxtel” abunəçilərinin sayının artmasına da səbəb olub.   

           Qeyd olunub ki, hesabat dövründə muxtar respublika ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi işinin davam etdirilməsi məqsədilə “Evədək optika” layihəsi uğurla icra olunub. Həmçinin, əhalinin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin olunması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. İl ərzində bir sıra  qurumların saytlarının dizayn, quruluş və məzmun baxımından yenilənməsi istiqamətində təhlillər aparılıb, layihələr hazırlanıb. Stasionar telefon şəbəkəsinin genişləndirilməsi məqsədilə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq ötən il ərzində Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində və muxtar respublikanın bir sıra rayonlarında müxtəlif tutumlu 8 yeni Avtomat Telefon Stansiyası quraşdırılıb, bir sıra qurumlara rabitə xətləri çəkilib, üç və dörd rəqəmli  qısa nömrələr təqdim edilib, ümumilikdə  2441  yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib, 6300-dən artıq  abonent genişzolaqlı internetlə təmin olunub. Həmçinin, telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunub, şəhər, rayon mərkəzlərində və kəndlərdə fəaliyyət göstərən Avtomat Telefon Stansiyalarına internet plataları  əlavə edilib. 

Distant tədrisə cəlb edilmiş hərəkət qabiliyyəti məhdud sağlamlıq imkanları məhdud uşaqların  ünvanlarına  kəsintisiz  internet verilib, distant tədrisə yeni cəlb edilmiş sağlamlıq imkanları məhdud  3  uşağın  yaşadıqları  ünvanları genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə  və zəruri avadanlıqlarla təmin olunub. Bildirilib ki, hesabat dövründə 240-ı sahibkarlar, 68-i hüquqi şəxslər, 12-si vətəndaşlar, 157-si isə dövlət qurumları olmaqla, ümumilikdə 477 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib. 

Qeyd edilib ki, nazirliyin aid əməkdaşları tərəfindən mütəmadi olaraq rayon və kəndlərdə monitorinqlər aparılıb, istismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması üçün operativ və zəruri tədbirlər həyata keçirilib, istismar olunan zaman sıradan çıxmış rabitə dirəklərinin, rabitə xətt və abunə qurğularının bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilib. 

Bildirilib ki, Nazirliyin Aparatında sürətli poçt xidmətinə lisenziya verilməsi üçün tələb olunan şərtlərin yerinə yetirilməsini müəyyən etmək üçün yaradılan komissiyaya daxil olan müraciətlərə əsasən 2021-ci il ərzində 9 karqo şirkətinə rabitə xidmətləri növünün sürətli poçt xidməti alt növünü həyata keçirmək üçün xüsusi lisenziya verilib.   Həmçinin, il ərzində komissiya tərəfindən muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən karqolarda monitorinqlər aparılıb. Monitorinqlər zamanı tələb olunan şərtlərin yerinə yetirilməsinə nəzarət qaydasında   baxış keçirilib və tələb olunan şərtləri yerinə yetirə bilməyən karqo şirkətləri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq işlər həyata keçirilib. 

Nazirlik tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılıb, Nazirliyin aparatında və tabeli qurumlarında çalışan əməkdaşların zəruri biliklərinin artırılması məqsədilə təşkil olunmuş kurslar davam etdirilib. Kurslara cəlb olunan bütün əməkdaşlara aid sahələr üzrə zəruri əyani vəsaitlə təmin olunub. 

Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara  bitirən 371 dinləyciyə “Şəhadətnamə”lər təqdim edilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul  tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası  ilə bağlı  tədris müddəti ərzində təhsil alan  tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilib, onlar nazirliyin və tabeli qurumlarının fəaliyyəti ilə tanış edilib, maarifləndirici görüş və seminarlar təşkil edilib. 

Bunlarla yanaşı, ötən il  Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzində “Robototexnikanın əsasları” adlı dərs vəsaitinin  təqdimatında Nazirliyinin əməkdaşı tərəfindən mexatronika və robototexnikanın mahiyyəti barədə slayd vasitəsilə iştirakçılara ətraflı məlumat verilib, həmçinin, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzində Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə təşkil edilmiş tədbirdə “Azerfon” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aylıq təqaüd proqramına cəlb edilmiş tələbə  şəhid ailəsi üzvlərinə təqaüd kartları  təqdim edilib. 

Sonra məruzə ətrafında çıxışlar dinlənilib, 

Qərar layihəsi və 2022-ci il üçün İş Planı təsdiq olunub. 

  

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31