SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Futbol Federasiyası Rizəsporun futbol akademiyası ilə əməkdaşlıq əlaqəsi qurub

Naxçıvan Futbol Federasiyası Rizəsporun futbol akademiyası ilə əməkdaşlıq əlaqəsi qurub
12-01-2022, 16:45

Federasiyanın sədr müavini Sakit Rzayev bu məqsədlə Türkiyənin Rizə şəhərinə işgüzar səfər edib. O, Çaykur Rizəspor Klubunun Gənclik İnkişaf etdirmə və Futbol Təhsil Mərkəzində yaradılan şərait və mövcud imkanlarla tanış olub, klub nümayəndələri ilə görüşlər keçirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, akademiyanın direktoru Fədayi Aksoy və “U14” komandasının koordinatoru Əmrə Hamzaoğlu ilə görüşən federasiya rəsmisi klubun inkişaf planı, məşqçi hazırlığı və futbol təhsili ilə bağlı məlumatlar toplayıb, öz növbəsində muxtar respublikada futbolu, yaradılan əlverişli maddi-texniki baza və federasiyanın fəaliyyət istiqamətləri barədə danışıb. Tərəflər arasındakı məlumatlandırma və müzakirələrdən sonra Naxçıvanlı məşqçilərin akademiyada təcrübə keçməsi və 14 yaşadək futbolçuların iştirak etdiyi “U14”, “U13”, “U12”, “U11” və “U10” liqalarına komandalarımızın qoşulması barədə razılıq əldə olunub. 
Qeyd edək ki, Naxçıvan Futbol Federasiyası xarici əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə bundan öncə Türkiyənin Mərsin şəhərindəki “İnter” (İtaliya) futbol klubunun akademiyası ilə təmas qurmuşdu.   
 
 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    May 2022    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031