SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ MİLLİ İDEOLOGİYASININ BANİSİDİR

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ MİLLİ İDEOLOGİYASININ BANİSİDİR
10-05-2019, 09:00

Bu gün milli təhsil və təlim sistemimizin nüvəsini təşkil edən, Azərbaycan xalqının milli ideologiyası olan Azərbaycançılıq məfkurəsinin formalaşması və bitkinləşməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Özünəqədərki ideoloji tezisləri təcrübə edən dahi və müdrik lider Heydər Əliyev uzunmüddətli liderlik dönəmində bu məfkurənin həyata keçirilməsi və kütləviləşməsi yolunda əvəzsiz xidmətlər göstərmişdir. Əgər nəzərə alsaq ki, milli ideologiya gələcəyə və inkişafa yoldur, strategiyadır, mənəvi dəyərdir, təlim və tərbiyə vasitəsidir və s., o zaman belə mühüm bir xəzinənin hazırlanmasındakı xidmətin əvəzsizliyini də aydın təsəvvür etmək olar. Belə bir mühüm xidmətin öhdəsindən yalnız Heydər Əliyev kimi bir fenomen gələ bilərdi, məhz bu ideologiyanın formalaşmasını da dahi liderimiz özü həyata keçirdi. Əli Həsənovun yazdığı kimi: “Dünyada təxminən irili-xırdalı 5000-dən artıq xalq mövcud olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin sayı bu gün 200-dən bir qədər çoxdur. Azərbaycanın da bu sırada öz yerini tutması xalqımızın böyük tarixi nailiyyəti kimi qiymətləndirilməlidir”. Bu mənada dövlət müstəqilliyimizin əldə olunması və milli ideologiyamızın müəyyənləşməsi sahəsindəki bu misilsiz nailiyyətlərə görə müstəsna xidmətləri olmuş ulu öndər Heydər Əliyevə minətdarıq və onun fəaliyyətinə borcluyuq.
Artıq qeyd edildiyi kimi, Azərbaycançılıq ideologiyasının kamil bir milli ideologiya kimi formalaşmasında ulu öndər Heydər Əliyev əvəzsiz rol oynamışdır. Bu mənada ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli ideologiyası olan Azərbaycançılıq məfkurəsinin müəllifi və banisidir. Akademik İsa Həbibbəylinin dediyi kimi: “Azərbaycançılıq anlayışı milli siyasi müstəvidə özünün ən yüksək ifadəsini ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti sayəsində tapa bilmişdir. Məhz görkəmli dövlət xadimi Heydər Əliyev çoxəsrlik tariximizdə ilk dəfə olaraq Azərbaycançılığı müstəqil Azərbaycan dövlətinin ideologiyası səviyyəsində çatdırmağa nail olmuşdur. Böyük və uzaqgörən siyasətçi Heydər Əliyevin apardığı müdrik siyasətin nəticəsində artıq Azərbaycançılıq dünya azərbaycanlılarının vahid milli amalına çevrilmişdir”. Bu mənada Azərbaycançılığın milli ideologiya kimi bitkinləşməsi və formalaşmasının müəllifi, banisi məhz ümummilli lider Heydər Əliyevdir.

Bütün gerçəkliyi ilə demək olar ki, milli idolologiya kimi formalaşmış Azərbaycançılığın müddəa və tezislərinin müəllifi məhz ulu öndər Heydər Əliyevdir. Onun müdrik və uzaqgörən fikirləri bu ideyanın əsas məğzi, mənası və müddəalarını təşkil edir. Dahi lider həm xalqımızın və dövlətimizin, həm də hər bir vətəndaşın və azərbaycanlının qarşısında duran mühüm vəzifələri, məqsəd və məramı ən mükəmməl şəkildə müəyyənləşdirmiş və ifadə etmişdir. Əbədiyaşar lider demişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz ən əsası Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənlərini yaşatmalıyıq”. Dahi liderin: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikirləri Azərbaycançılığın “kəlmeyi-şəhadəti” kimi səslənir. Müdrik və uzaqgörən rəhbərin: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” – müdrik kəlamı Azərbaycançılıq ideologiyasının məzmunu, məğzi, miqyası, parametrləri və atributları, azərbaycanlı və azərbaycançı vətəndaşın vəzifələri, məqsədi, ideyasınının müfəssəl, proqram xarakterli manifestidir.
Dahi liderin şəxsiyyəti xalqımızın ümummilli məsələlərinin təcəssüm və hərəkət xəritəsidir. Ümummilli lidеrimiz öz şəxsiyyəti ilə vətənçilik, vətəndaşlıq, azərbaycanlılıq və Azərbaycançılıq kimi vacib ümummilli xaraktеrin idеal daşıyıcısıdır. Onun vətəndaşlıq nümunəsi böyük təlim-tərbiyə mənbəyidir. Təsadüfi deyilmir ki, Heydər Əliyev ən ideal vətəndaş, bütün zamanların ən böyük azərbaycanlısı və Azərbaycançısıdır. Dahi rəhbər Heydər Əliyev həm də öz uzaqgörənliyi və müdrikliyi ilə dünya azərbaycanlılarının həmrəylik ideyasının müəllifi və onun lideridir. Əli Həsənovun yazdığı kimi: “Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlim – Azərbaycançılıq ideologiyasını da yaratdı”.

Ümummilli liderimiz Heydər Əliyev öz dərin, yığcam ibarəsi ilə: “Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, - deyərək azərbaycanlılığın və Azərbaycançılığın məğzini ifadə etmişdir. Dahi lider azərbaycanlılığın qarşısında ən böyük vəzifə və məqsədi müstəqillik, azadlıq və bütövlük üzərinə müəyyənləşdirmişdir: “Hər bir vətənpərvər adam millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir. Torpağımızı, vətənimizi, müstəqil Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qorumaq ən şərəfli vəzifədir və bu vəzifəni həyata keçirmək hər bir Azərbaycan vətəndaşının borcudur”. Azərbaycan bir vətən kimi müqəddəs mənasını “Bizim hamımızın bir vətəni var – bu Azərbaycandır”, - deyən bu böyük dahinin fikir və nümunəvi ideal sevgisində tapmışdır.

Dahi rəhbərin zəngin, müdriklik dolu fikirlərində Azərbaycan müqəddəs vətən, qibləgah və səcdəgahdır. Bu böyük insanın qüdrətli xaraktеr və şəxsiyyətinin məzmununda, fəaliyyət təhrikində müstəqilliyi əbədi və dönməz оlan bütöv, böyük Azərbaycanın konturları çulğaşıb. Fikrimizcə, Heydər Əliyevin ömür yolu, həyat fəaliyyəti və fikir ümmanında Vətən qibləsinə durub Azərbaycan adlı Tanrıya səcdə edən, iman dolu sözlərini imanla ifadə edən vətən qazisinin ibadəti görünür. Müdrik liderin siyasi kursunun uğurlu davamçısı cənab İlham Əliyevin: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsas məzmununu xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idi” kimi fikirləri Azərbaycançılıq ideologiyasıın mükəmməl şərhi kimi səslənir. Birmənalı və qətiyyətli qənaətdir ki, Heydər Əliyev Azərbaycançılıq məfkurəsi və milli ideologiyanın yaradıcısıdır. Bütün bunların davamı olaraq qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev ana dilimiz olan Azərbaycan dilini və dövlətçilik atributlarını ümumilikdə Azərbaycançılığın müqəddəs dəyərləri olaraq qəbul edərək dövlətin də, millətin də, hər bir vətəndaşın da ali vəzifəsi olaraq bu dəyərlərə sahib çıxmaq, qorumaq və yaşatmağı vacib vəzifələr olaraq müəyyənləşdirmişdir. Əlbəttə, dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Azərbaycanşünas alim Sona Vəliyeva ana dilinin milli idologiyadakı yerinə nəzər salaraq yazırdı ki: “Azərbaycanşünaslığın, azərbaycançılığın birinci və ən vacib ünsürü dildir. Hər şey dildən başlayır. Xalqın dilini onun çoxəsrlik həyatının güzgüsü, nəsillər arasında ötürücü əlaqə, yaddaş vasitəsi, xalqın tam və həqiqi tarixi adlandırmaq olar”. Çünki “Azərbaycan ədəbiyyatanda milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası” əsərində deyilən kimi: “Milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amildir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”. Əlbəttə ki, bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Bu mənada ümummilli liderimiz Heydər Əliyevin siyasətində ana dili həmişə başlıca yer tutmuş, Azərbaycan dilinin dövlət dili qazanmasından tutmuş onun inkişafı üçün yaradılan bütün imkanlar məhz bu böyük şəxsiyyətin sayəsində mümkün olmuşdur. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan ümummilli lider Heydər Əliyev demişdir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
Beləliklə, ən qədim dövrlərdən formalaşma və inkişaf yolu keçən Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyev fenomeninin misilsiz xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyev zəngin və çoxcəhətli təcrübəsi və bilikləri ilə Azərbaycançılıq ideologiyasının yetkinləşməsinə xidmət etmiş, siyasi cəhətdən bitkinləşməsi və ümummilli ideologiya olmasında əvəzsiz xidmətlər göstərmişdir. Ümummilli lidr Heydər Əliyev Azərbaycançılıq məfkurəsinin ideoloqu və dünya azərbaycanlılarının əbədi lideridir. İndi bu ideologiyanın daha da möhkəmlənməsində cənab İlham Əliyevin dövlətçilik təlimi mühüm rol oynayır. Bu təlim milli dövlətçiliyimizin əsasını təşkil edən bir təlimdir. Uğurla həyata keçirilən bu təlim Azərbaycançılıq və milli dövlətçilik təlimi olaraq ölkəmizin – Azərbaycanın bir Günəş kimi parlamasına xidmət edir və ona əbədiyaşarlıq qazandırır.



RAMİZ QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30