00:05 - Günün qoroskopu-08.08.2022
23:41 - ABŞ azərbaycanlı gənclərə diplomatik təcrübə keçəcək
22:30 - Ermənistan ordusunun hərbçiləri ölüb
21:30 - Ərdoğan yerli “Togg” elektrik avtomobilini sınaqdan keçirib
18:30 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
18:10 - Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb
18:00 - Azərbaycanda daha 469 nəfər COVID-19-a yoluxub
17:57 - İsrail Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəslə bağlı danışıqlar aparır
16:57 - Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
15:23 - Antalyada zəlzələ olub
14:30 - Əfqanıstanın paytaxtında partlayış baş verib
12:50 - Sabah yağış yağacaq, külək əsəcək
11:48 - Ceyhun Bayramov Türkiyəyə səfər edəcək
09:47 - Musiqi, incəsənət, rəssamlıq, muğam məktəblərinin müəllimləri üçün imtahan keçiriləcək
“Azərbaycan bayrağı” ordenli qəhrəman şəhidimiz
Quliyev Vəli Kamal oğlu 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. 2003-cü ildə həmin kəndin tam orta məktəbinin I sinfinə daxil olan Vəli 2011-ci ildə Heydər Əliyev adına hərbi liseyin 1-ci kursuna qəbul olmuşdur. 2014- cü ildə liseyi bitirərək, Azərbaycan Ali Hərbi Akademiyasına qəbul olmuş, 2018-ci ildə Akademiyanı başa vuraraq, “N” hərbi hissədə xidmətə başlamışdır. Bir neçə aydan sonra ön cəbhəyə göndərilmiş, bir müddət orada xidmət etdikdən sonra yenidən əvvəl xidmət etdiyi hərbi hissəyə qayıtmışdır. Sonralar öz xahişi ilə döyüş bölgəsinə yollanan qəhrəmanımız əvvəllər taqım komandiri, 5 aya yaxın isə bölük komandiri vəzifəsində xidmət etmişdir. Hər zaman başqalarından fərqlənən, nümunəvi davranış sərgiləyən leytenant Vəli Quliyev hərbidə olduğu müddətdə hərb işini tam mənimsəyən zabit kimi dəyərləndirilib. Ön xətdə xidmət etdiyi dövrdə postuna necə dəyər verməsi, evi kimi can yandırması hamıya nümunə idi. Elə xidmət etdiyi postda da qalırdı və hər zaman deyirdi: - “Evim buradır. Sərhədçinin evi post olar”. Hər kəsə əl tutan, yardımsevər, başçılıq etdiyi əsgərlərinə qardaş münasibəti bəsləyən, qayğılarını çəkən, ehtiyacı olana yardım edən səmimi komandir…, igidliyi, mərdliyi, gözəl xarakteri ilə bütün əsgərlərin könlündə taxt quran komandir… Bu müddət ərzində peşəkar hərbçi kimi yetişən Vəli Quliyev işğal altında olan torpaqlarımızın azadlığı, qisas günü üçün özünü tam hazırlamışdı. Ali Baş Komandanın düşmən üzərinə hücum əmrinə müntəzir dayanmışdı ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi onun geniş hərb meydanında hünər göstərməsi üçün imkan açdı. Həmin vaxt döyüş bölgəsində olan leytenant Vəli Quliyev bölüyü ilə birgə silaha sarılaraq hücuma keçir. Adəti üzrə “Dost dosta tən gərək, tən olmasa, gen gərək”, – deyərək “Aslanlar bölüyü” deyə çağrılan bölüyünü yığır başına. Dilində isə bu söz olur: “Ya Qarabağ, ya ölüm!” Bu sözlər ilə əsgərlərini döyüşə ruhlandırır, Vətənin müdafiəsinə bu cür səsləyir. 44 günlük müharibənin ilk saatlarından etibarən Vəli və bölüyü dayanmadan vuruşur, irəli gedir. İşğaldan azad olan torpaqlarımızda “Aslanlar bölüyü”nün imzasını hər yerə yazırlar. Xatirələri yada saldıqca adamın canı ağrıyır. Amma qürurlu bir kədərdir. Döyüşlər zamanı hər zaman əsgərlərindən öndə gedən Vəlinin bacarığına, qorxmazlığına, igidliyinə, yüksək döyüş məharətinə görə hərbçi yoldaşları ona “Naxçıvan Canavarı” ləqəbini vermişdilər. Vəli Qarabağda, Şuşada müqəddəs bayrağımızın yenidən dalğalanması üçün düşmənlə vuruşur, döyüşürdü. Düşmənin hərbi texnikaları sıradan çıxdıqca, canlı qüvvələri məhv olduqca, daha da irəliyə doğru addımlayırdı. Bir-birinin ardınca torpaqlarımız işğaldan azad olur, ağır döyüşlər gedirdi. Vəli silahdaşları ilə birgə düşmənə aman vermədən irəliləyirdi. Oktyabrın 22-də gedən döyüşlərdə düşmənin atdığı mərmi bir neçə yoldaşı kimi, leytenant Vəli Quliyevin də arzularına son qoydu. Vəli ən ali məqama-şəhidlik zirvəsinə ucaldı. XXI əsrin ən böyük hərbi qələbəsinə imzalarını atan, ölümün gözünə mərdliklə baxan, ölməzlik tarixi yazan igidlərimizdən olan şəhid leytenant Vəli Quliyev xalqımızın, dövlətimizin adını yüksəklərə qaldıranlardan oldu. Öz mənalı həyatını Vətən yolunda qurban verməkdən çəkinmədi. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bütün igid hərbçilərimiz kimi şəhid leytenant Vəli Quliyevin də döyüşlərdə göstərdiyi şücaət yüksək qiymətləndirildi. Leytenant Vəli Quliyev ölümündən sonra “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edildi. Şəhidlik zirvəsi Həsrətin vüsala döndüyü zaman, Arzunun amala döndüyü zaman, İgidin Vətənə döndüyü zaman, Zəfər havasını çaldı şəhidlər. Nahaqqın yox olub itdiyi zaman, “İt kimi qovulub” getdiyi zaman, Şuşada səsləndi ilk dəfə azan, Ruhu şad, göylərdən baxdı şəhidlər. Alınmaz qalanı alan da ordum. Qələbə marşını çalan da ordum. Şükür ki, azaddır, bütövdür yurdum. Qanları ilə tarix yazdı şəhidlər. Şəhidlik zirvəsi uca bir addır. Ali mərtəbədir, ali bir daddır. Rəqsanə deyir ki, ruhunuz şaddır. İstiqlal marşını çaldı şəhidlər.
Rəqsanə NƏCƏFOVA