SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən il muxtar respublikada 6300-dən artıq abonent genişzolaqlı internetlə təmin olunub 

Ötən il muxtar respublikada 6300-dən artıq abonent genişzolaqlı internetlə təmin olunub 
1-01-2022, 20:17

Muxtar respublikada əhalinin keyfiyyətli rabitə və internet xidmətləri ilə təmin edilməsi, bütün yaşayış məntəqlərində istifadəçilərə genişzolaqlı internet təklif edilməsi, habelə göstərilən internet xidmətlərinin hər bir sakin üçün əlçatan olması  diqqət mərkəzindədir.  

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müasir texnologiyaların tətbiq edilməsi nəticəsində telekommunikasiya xidmətlərinin əhatə dairəsi ilbəil artırılır, bu istiqamətdə ardıcıl və sistemli tədbirlər həyata keçirilir, müasir rabitə sistemləri qurulur, sürətli internetə çıxış təmin olunur. Yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılır. Telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərininin müasir səviyyədə təşkili istiqamətində bir sıra  layihələr həyata keçirilir.

 Həyata keçirilmiş tədbirlər və artan tələbat fonunda ötən il ərzində Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində abonentlərin keyfiyyətli rabitə  və internet xidmətlərindən istifadə etmələri üçün yeni avtomat telefon stansiyaları quraşdırılıb. Bir sıra yerlərdə aztutumlu avtomat telefon stansiyaları yüksək montaj tutumuna malik yeni avtomat telefon stansiyaları ilə dəyişdirilib. Həmçinin, muxtar respublikanın bütün yaşayış məntəqələrində mövcud avtomat telefon stansiyalarına ümumilikdə, 182 internet platası əlavə edilib. Nəticə etibarı ilə muxtar respublika üzrə internet istifadəçisinin tələbatının ödənilməsinə şərait yaranıb ki,   2021-ci il ərzində 6300 dən artıq abonent yüksəksürətli ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) internetlə təmin olunub.

İnternet verilişində qırılmaların qarşısının alınması və keyfiyyətin artırılması istiqamətində mütəxəssislərin iştirakı ilə evlərdə monitorinqlər aparılıb,  yaranmış nasazlıqlar aradan qaldırılıb.

 

                                               

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ekim 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31