SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qələbə günü münasibətilə tədbir

Qələbə günü münasibətilə tədbir
9-05-2019, 15:14

Çoxlu tarixi hadisələrin şahidi olan, düşmənlə bir addımlıqda ayıq-sayıq dayanan sərhəd bölgəmiz Sədərək rayonunda 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan qələbənin 74-cü ildönümü münasibətilə keçirilən tədbir bu bölgə sakinləri üçün ikiqat əhəmiyyət daşıyırdı. Çünki bu torpaq elə alman faşizminə bərabər olan erməni vandalizminin əsassız torpaq iddiaları ucbatından dəfələrlə hücumlara məruz qalıb. Lakin sədərəklilər mənfur düşmən qarşısında əyilməyiblər, bu qədim yurd yerinin düşmən tapdağına çevrilməməsi üçün qəhrəmanlıq göstəriblər. O döyüşlərdə çoxlu şəhidlər verilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarının əməkdaşları Sədərək kəndindəki Şəhidlər xiyabanına gedərək burada 1941-1945-ci illər və Azərbaycan Vətən müharibəsi iştirakçılarının əziz xatirəsinə ucaldılan abidələrin önünə və burada uyuyan türk əsgərinin qəbri üstünə gül dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Heydərabad qəsəbəsində, çay süfrəsi arxasında davam etdirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov çıxış edərək bildirib ki, 1941-1945-ci illər müharibəsində Sədərək kəndindən 462 nəfər iştirak edib. Onların 263 nəfəri qəhrəmancasına həlak olub. Bildirilib ki, müharibə veteranlarının mənzillərlə, şəxsi minik maşınları ilə təmin edilmələri, onların müalicə olunmaq üçün müxtəlif sanatoriyalara, pansionatlara göndərilmələri, digər problemlərinin həll olunması üçün dövlətimiz tərəfindən bütün mümkün tədbirlər həyata keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı müharibə və arxa cəbhə veteranlarını qələbənin 74-cü ildönümü münasibətilə təbrik edib.
Veteranlara qiymətli hədiyyələrin təqdim olunduğu tədbirdə Naxçıvan Muxtar Respubilkası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Sədərək rayon təşkilatının sədri Əkbər Kərimov və Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasnın Ali Məclisinin deputatı Arif Qasımov və Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Vüsalə Əliyeva çıxış etdilər. Çıxışlarda daha bir qələbənin tez bir zamanda düşmən tapdağı altında olan torpaqlarımızda qeyd ediləcəyinə böyük əminlik ifadə olundu. Dövlətimizin onlara göstərdiyi qayğıdan bəhs edərək öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin bədii hissəsində rayon Mədəniyyət şöbəsinin “Qeyrət Qalası” instrumental ansamblı üzvlərinin ifasında səsləndirilən mahnılar, nümayiş olunan ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.


Sərxan İSMAYILOV


Qələbə günü münasibətilə tədbir
Qələbə günü münasibətilə tədbir

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930