SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sabah Fəxri Xiyaban istiqamətində bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah Fəxri Xiyaban istiqamətində bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
9-05-2019, 13:48

Hər il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə ölkə əhalisi Fəxri Xiyabanı ziyarət edir.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib ki, bununla əlaqədar olaraq, sabah Fəxri Xiyaban istiqamətində hərəkət edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Səhər saatlarından tədbir tam başa çatanadək Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Tədbirə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrindən, mənzil başına çatmaq üçün sürücülərə isə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930