SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)

Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
8-05-2019, 18:16

Naxçıvanın ən innovativ layihələri müəyyən olundu Naxçıvan Muxtar Respublikasında 2018-ci ildən etibarən icrasına başlanan“I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində ikinci dəfə startap turu təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Naxçıvan Universitetində reallaşdırılan tədbirə 100-dən çox gənc qatılıb.Tədbirdə Naxçıvan Rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov,“Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyev, Azərbaycan RespublikasıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirakedib. Tədbirin informativ hissəsində məlumat verilib ki, ötən müddət ərzindəNaxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyi Azərbaycan RespublikasıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun“Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu,Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətiilə birgə həyata keçirilən “I2B-İdeyadan Biznesə” layihəsinin təcrübəsindənyararlanaraq Muxtar Respublikada startap hərəkatının genişləndirilməsiistiqamətində bir sıra tədbirlər reallaşdırıb. Bu istiqamətdə görülən işlər investisiya mühitinin yaxşılaşdırılmasına,yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmağa,innovativ ideyaların uğurlu biznes subyektinə çevrilməsinə hesablanıb.Bu məqsədlə nazirlik və aidiyyəti təşkilatların təklifləri əsasında startaplayihələrinə nəzarət mexanizmini asanlaşdıran internet portalının layihəsi vətəqdim ediləcək layihələri qiymətləndirəcək ekspert qrupu yaradılıb. Portalınyaradılmasında əsas məqsəd layihələri birləşdirib yaxşı ideyaları ortaya çıxarmaqolub. Beləliklə, ekspert qrupu tərəfindən “I2B-İdeyadan Biznesə” startap turununNaxçıvan mərhələsində iştirak etmək üçün 31 layihədən 15-i seçilib.
İdeyalar dinlənildikdən sonra “I2B-İdeyadan Biznesə” layihəsinin mentorlarıtərəfindən isə ümumilikdə 20 komanda formalaşdırılıb. Təqdimatların düzgünhazırlanması, uğurlu biznes-planın tərtib olunması, eləcə də, startap-komandalarınvə ideyaların formalaşdırılması üsulları ilə bağlı iştirakçılar müsabiqəyəhazırlanıb. Daha sonra ideyalar münsiflər heyəti qarşısında təqdim edilib.Nəticədə Naxçıvan şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərimüəyyənləşib. Müvafiq olaraq “Peşəkar”, “Caravan Company”, “Pay Port”layihələri qalib seçiliblər. Komandaların yüksək hazırlığını nəzərə alaraq, hər 3komanda Bakıda keçiriləcək Milli Finala dəvət edilib. Xatırladaq ki, Naxçıvanın “Noahland” komandası ötənilki startapmüsabiqəsinin Respublika finalında 3-cü yerə çıxmışdı. Qalib komandalar avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirakedəcəyi “İnnocamp” yay düşərgəsinə vəsiqə qazanıb. Yay düşərgəsində "I2B-İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiyamərkəzləri nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıqməşğələlərində iştirak edəcəklər. Oktyabrda keçiriləcək Milli Finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cüyerlərin qalibləri müəyyən olunacaq. Milli Finalda təşkilatçılar və tərəfdaşlar tərəfindən qalib gələcək ilk üç yerinsahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək. Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək“Bakutel-2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya,İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara vəeyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.


Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)
Naxçıvanın ən innovativ layihələri müəyyən olunub (FOTO)

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031