SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sərmayə kapitalı almış qadınların təsərrüfat sahələrində aparılan monitorinqlər davam etdirilir 

Sərmayə kapitalı almış qadınların təsərrüfat sahələrində aparılan monitorinqlər davam etdirilir 
16-12-2021, 18:16

“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” və “Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihələri çərçivəsində sərmayə kapitalı almış qadınların iş yerlərində və yaşadıqları ünvanlarda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sərmayə kapitalından düzgün istifadə edilməsi ilə bağlı monitorinqlər davam etdirilir.

Komitənin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, növbəti monitorinq 2021-ci il 16 dekabr tarixdə sərmayə kapitalı almış 3 qadının yaşadığı ünvanda  və iş yerində keçirilmiş, təyinatına uyğun olaraq sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmışdır.

Belə ki, aldıqları sərmayə kapitalı dəyərində Sədərək rayonunun Sədərək kənd sakinləri Hüseynova Mehparə Səfər qızı və Əliyeva Nazilə Məhərrəm qızı ailə təsərrüfatı məhsulları istehsalı, Naxçıvan şəhər sakini Qarayeva Səkinə Əvəz qızı isə dekorativ tətbiqi sənət sahəsində zəruri ləvazimatlar alaraq fəaliyyətlərinə başlamışlar.

Monitorinq zamanı heç bir neqativ hal və nöqsana rast gəlinməmişdir.

Monitorinqin sonunda sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Mart 2023    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031