SON DƏQİQƏ

naxcivanxeberleri.com

Daşınmaz əmlak obyektləri qeydiyyata alınır

Daşınmaz əmlak obyektləri qeydiyyata alınır
8-05-2019, 10:09

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi aprel ayında da diqqətdə saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ötən ay 27 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, Culfa, Kəngərli və Sədərək rayonlarında ailə təsərrüfatlarında əkin atlaslarına uyğun əkinlərin aparılması ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Şərur rayonunun Yuxarı Daşarx, Xanlıqlar və Siyaqut kəndlərində planaalma işləri başa çatdırılmış, 2054 daşınmaz əmlak obyekti plana alınıb. Şahbuz rayonunun Külüs və Keçili bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılıb, 30-a yaxın müxtəlif məzmunlu plan və xəritələr hazırlanaraq aidiyyəti üzrə təhvil verilib. Culfa-Ordubad avtomobil yolunun tikintisi aparılan ərazilərdə monitorinqlər keçirilmiş, yol kənarında kənd təsərrüfatına yararlı torpaq sahələrinin münbit qatının korlanması halları qeydə alınmayıb. Aprel ayında 484 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 425 texniki sənəd hazırlanmış, yeni yaranmış 72 daşınmaz əmlak obyektinə ünvan verilib. 72 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Naxçıvan şəhərində daşınmaz əmlak obyektləri ünvanlarının dəqiqləşdirilməsi davam etdirilib. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 76 vətəndaşın müraciətinə baxılmış, 42 vətəndaşa elektron xidmətlər göstərilib. Naxçıvan Dövlət Universitetində komitənin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrə “İnnovasiyalar və onların idarə edilməsi” mövzusunda təlim keçirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930