SON DƏQİQƏ

naxcivanxeberleri.com

Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri

Onlayn mediaya güzəştlərlə bağlı iş gedir - Agentlik rəhbəri
9-12-2021, 12:09

Onlayn media subyektlərinə güzəştlərin müəyyən edilməsi üzərində müvafiq nazirlikdə iş gedir. Xarici ölkədə yerləşən serverlərin daxili data mərkəzə yerləşdirilməsi üçün aidiyyəti nazirlikdə İşçi qrup yaradılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

O bildirib ki, hazırda çap mediası və onlayn mediaya dəstək göstərilir:

“Biz media subyektlərinin inkişaf etməsinə dəstək göstəririk. Maddi dəstək sırf inkişafa meyilli olmalıdır. Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək. Eyni zamanda jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı da işlər gedir. İndiyə qədər keçirilən təlimlər media nümayəndələrinin peşəkarlığının inkişafına müsbət təsir göstərib”, - deyə Ə.İsmayılov vurğulayıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031