SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub

Naxçıvanda özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub
8-12-2021, 17:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğunun təmin edilməsi istiqamətində əlverişli zəmin yaradıb.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabr ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu şəxslərdən 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə isə odunkəsən və otbiçən aparat verilib. Özünüməşğulluğu təmin edilmiş ailələlərin üzvlərindən 15 nəfərini əlilliyi olan şəxslər, 1 nəfərini cəzaçəkmə müəssisəsindən azad olunan şəxs, 1 nəfərini nikahı pozulan şəxs, 2 nəfərini ailə başçısını itirən şəxs, 2 nəfərini vətən müharibəsi zamanı sağlamlıq imkanlarını itirmiş şəxslər, 5 nəfərini isə müharibə iştirakçısı olan şəxslər təşkil edib. Əlavə edək ki, bu mərhələdə təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib və ona südsağan aqreqat verilib.

Sözügedən aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq dövlət proqramlarının icrası çərçivəsində, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Şərur rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər. Tədbirin davamında yeni aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.

Qeyd edək ki, bu mərhələdə təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə Şərur rayonun Çomaxtur kənd sakini Yeganə Vəliyeva həvəsləndirmə tədbirlərinə cəlb edilib və bu məqsədlə ona südsağan aqreqat verilib. Y.Vəliyeva minnətdarlıq edərək bildirib ki, artıq 2 ilə yaxındır proqrama cəlb olunub və ötən müddət ərzində təsərrüfatında ciddi artımlar qeydə alınıb. O bundan sonra daha səylə çalışacağını və təsərrüfatını daha da genişləndirməyi qarşısına məqsəd qoyduğunu qeyd edib.

Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını qeyd ediblər.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31