SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada miqrasiya proseslərinə nəzarət gücləndirilir

Muxtar respublikada miqrasiya proseslərinə nəzarət gücləndirilir
8-12-2021, 16:12

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər noyabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 26 əcnəbi aşkarlanaraq qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 668 müraciət edilib. Onlardan 370-i əcnəbilərəb Azərbaycan Respublikasında müvəqqəti yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

 

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 298 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 96-sı elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.

 

Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31