SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər

Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
8-12-2021, 15:56

Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "YAŞAT" Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında Diaspora iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

O qeyd edib ki, bununla bağlı YTB (Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsi) ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.

Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31