17:30 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:05 - Azərbaycanda son gündə 518 nəfər koronavirusa yoluxub
16:14 - Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib
15:41 - Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır
14:50 - Azərbaycan triatlonçusu Avropa çempionatında 14-cü olub
14:19 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
12:26 - Sabaha olan hava proqnozu açıqlanıb
11:56 - Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib
11:30 - Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
10:56 - Azərbaycan karateçiləri İslamiadaya yollanıb
10:30 - Türkiyədə sahillərində 4,9 bal gücündə zəlzələ baş verib
10:09 - Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
09:53 - ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
09:00 - Bakı-Moskva təyyarəsində texniki problem yaranıb
00:00 - Günün qoroskopu-14.08.2022
Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq
Hirkan meşələri gələn il UNESCO-nun irs siyahısına daxil olacaq.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi Departamentinin direktor müavini Rəşad Allahverdiyev “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminarda deyib.
Onun sözlərinə görə, Hirkan Milli Parkı unikal ərazidir: "2022-ci ilin iyun ayında Hirkan meşələri artıq UNESCO-nun irs siyahısında olacaq. Milli parkın UNESCO çərçivəsində müəyyən fəaliyyətlərin aparılması qarşımıza hədəf kimi qoymuşuq. Parkda müəyyən infrastrukturun inkişafına ehtiyac var".
Xatırladaq ki, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edir. Orada onlar Azərbaycanın cənub-qərbindən şimala qədər və uzunluq dairəsindən səkkiz xətdən yuxarı şərqə İranın Gülüstan əyalətinə doğru uzanan ensiz əyilmiş meşə regionunu formalaşdırır. Sahil düzənliyinin təbii meşələri insanlar tərəfindən tamamilə təmizləndiyinə və əkinçilikdə intensiv istifadə edildiyinə görə müasir dövrdə bu unikal meşə birlikləri silsiləsi Lənkəran dağlarının şimal-şərq və Əlburz dağlarının şimal yamaclarına qədər məhdudlaşıb.
Qazıntı halında tapılmış qalıqlar sübut edir ki, Hirkan meşələri 23 və 5,3 milyon il əvvəl Miosen geoloji erasında şimal yarımkürəsinin hər yerində geniş yayılmış meşə birlikləri nəslindəndir, lakin onun sərhədləri Pleistosendə baş vermiş iqlim dəyişikliyi zamanı əhəmiyyətli dərəcədə azalıb.