SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Əczaçılıq botanikası” dərsliyinin tədqimatı keçirilib

Naxçıvan Dövlət Universitetində “Əczaçılıq botanikası” dərsliyinin tədqimatı keçirilib
6-12-2021, 21:46

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında keçirilən tədbiri giriş sözü ilə açan ali təhsil ocağının Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədov universitetin professor-müəllim heyətinin kitab təqdimatlarının keçirilməsinin ənənə halı aldığını diqqətə çatdırıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qeyd edilib ki, Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov, “Əczaçılıq və biokimya” kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidov, həmin kafedranın baş müəllimi  Əzizə Hüseynovanın həmmüəllifi olduqları dərslik ali məktəblərdə “Əczaçılıq” ixtisası üzrə təhsil alan tələbələr və müəllimlər üçün nəzərdə tutulub,  eyni zamanda botanika sahəsində əldə edilən son nailiyyətlərə əsasən yazılıb.  

“Biologiya” kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Hilal Qasımov bildirib ki, müasir dövrdə əczaçılıq kimyası sənayesi tərəfindən müxtəlif dərman preparatlarının istehsalında dərman bitkiləri xüsusi yer tutur. Belə ki əczaçı bitkiləri tanımalı və xarakterizə etməyi bacarmalıdır ki, bu da başlıca olaraq bitki morfologiyası sistematikası elmlərinə yiyələnməkdən keçir. Bu baxımdan kitabı yüksək qiymətləndirən Hilal Qasımov rus və türk ədəbiyyatlarından da istifadə edilərək hazırlanan dəsrlik haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, kitabda bitkilərlə ümumi tanışlıq, hüceyrə nəzəriyyəsinin ümumi quruluşu, toxumalar, vegetativ və generativ orqanlar, bitkilərin çoxalması və inkişafı, hava və kök vasitəsilə qidalanması və bir çox məsələlər geniş izah edilib.  

“Təməl tibb fənləri” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayeva qeyd edib ki, botanika əczaçı kadrların yetişməsində xüsusi fənlərdən biri kimi əsas bazanı təşkil edir. Vurğulanıb ki,  “Əczaçılıq” ixtisasında təhsil alan tələbələrin gələcəkdə farmokoloq kimi fəaliyyət göstərməsi üçün bitkilərin təbii ehtiyatlarının müəyyənləşdirilməsi və  bitki ehtiyatlarını tədiqi etməyi bacarmaları üçün təqdimatı keçirilən dərslik müstəsna rol oynayır.  

“Əczaçılıq” ixtisası üzrə II kurs tələbəsi Sahilə Yusifova müəllimlərinin gərgin əməyi nəticəsində ərsəyə gələn kitabın tələbələr üçün əhəmiyyətindən danışıb və tələbələr adından öz minnətdarlığını bildirib.

 Sonra müəlliflər universitet elmi mühitinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.  

Sonda müəlliflər tərəfindən tələbələrə kitab hədiyyə olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31