SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda olimpiada qalibləri mükafatlandırılıb

Naxçıvanda olimpiada qalibləri mükafatlandırılıb
6-12-2021, 20:30

Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Naxçıvan Muxtar RespublikasıTəhsil Nazirliyinin mətbuat xidmətidən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, olimpiadaların keçirilməsi xüsusi istedadlı uşaqların üzə çıxarılmasında, şagirdlərdə fənlərə olan marağın artırılmasında, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrində mühüm rol oynayır. Muxtar respublika fənn olimpiadaları şagirdlərin respublika fənn olimpiadalarına hazırlığında və yüksək nəticələr qazanmağında mühüm əhəmiyyətə malikdir. Fənn olimpiadalarının yekunlarına görə şagirdlərin əldə etdikləri nəticələr müvafiq fənn müəllimlərinin, eləcə də məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır. Nazir qeyd edib ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə keçirilib. IX-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə olimpiadanın I şəhər (rayon) mərhələsində 534 şagird öz biliyini sınayıb, onlardan 182-si yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən noyabrın 19-da keçirilən olimpiadanın muxtar respublika mərhələsində, ümumilikdə, 47 şagird qalib olub. Onlardan 12-si I, 17-si II və 18-i III yerləri tutublar.
Təhsil naziri Rəhman Məmmədov olimpiada qaliblərini təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Tədbirdə Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov çıxış edərək olimpiadanın keçirilməsinin əhəmiyyəti və təşkilati işlər barədə məlumat verib.
Olimpiadada coğrafiya fənni üzrə I yerin qalibi, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Fidan Muxtarova çıxış edərək onların yaxşı təhsil alması, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonda qaliblərə diplomlar təqdim olunub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31