SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada torpaqların su təminatı yaxşılaşdırılır

Muxtar respubilkada torpaqların su təminatı yaxşılaşdırılır
6-12-2021, 20:06

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir, su təsərrüfatı sistemlərinin istismarının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.


Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əkin sahələrinin suya olan tələbatını ödəmək üçün noyabr ayında bir sıra tədbirlər görülmüş, su istifadəçilərinə 19,63 milyon kubmetr su verilmiş, bunun müqabilində 16 min 127 hektar torpaq sahəsi suvarılmışdır. Ay ərzində 11,4 kilometr beton və torpaq kanal, 33,96 kilometr ara arx və 7 kilometr kollektor lildən təmizlənmiş, 4,47 kilometr uzunluğunda yeni suvarma boru xətti, Babək rayonunun Uzunoba gölü ətrafında yeni tikilmiş bağ evlərini içməli su ilə təmin etmək məqsədilə 3,2, Şahbuz rayonunun Badamlı və Qızıl Qışlaq kəndlərinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə 0,83 kilometr təzyiqli boru xətti quraşdırılmış, 0,21 kilometr kapitaj, 0,31 kilometr qapalı drenaj xətti çəkilmişdir. 2,69 kilometr mövcud içməli su, 0,68 kilometr kanalizasiya, 1,59 kilometr suvarma boru xətlərində, 1,75 kilometr təzyiqli boru xətlərində, 0,41 kilometr kapitajlarda, 0,1 kilometr qapalı drenajlarda təmir-bərpa işləri aparılmışdır. Qeyd olunan dövrdə görülmüş işlər nəticəsində Şərur, Babək və Sədərək rayonlarında, ümumilikdə, 110 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
Şahbuz rayonunun Külüs, Mahmud­oba və Nursu kəndlərinə aid 340 hektar torpaq sahəsində qapalı suvarma şəbəkəsinin tikinti işləri davam etdirilmiş, ərazidə 1,25 kilometr ana xətt, 2,5 kilometr paylayıcı boru xətti çəkilmiş, 12 hovuz və hidrant quraşdırılmışdır.
Kəngərli rayonunun Böyükdüz kəndinin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Araz çayından qidalanan yeni nasos stansiyasının və təzyiqli boru xəttinin tikintisi işləri davam etdirilmişdir.
Muxtar respublikada su təminatının yaxşılaşdırılmasında subartezian quyularının və kəhrizlərin gücündən də geniş istifadə olunur. Ötən ay ərzində 57 subartezian quyusunda təmir-bərpa işləri aparılmış, 1 yeni subartezian quyusu istifadəyə verilmiş, Ordubad rayonunda 1 yeni subartezian quyusunda isə qazma işləri aparılır. 1 kəhrizdə təmir-bərpa işləri başa çatdırılmış, 5 kəhrizdə isə işlər davam etdirilmişdir.
“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində və Sədərək rayonunda su və kanalizasiya şəbəkəsinin, Kəngərli rayonunda su təchizatı şəbəkəsinin tikintisi davam etdirilmiş, Qarabağlar kəndində 1 subartezian quyusunda tikinti işləri başa çatdırılmışdır. Bundan əlavə, Sədərək rayonunun Dəmirçi kəndində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikinti işləri davam etdirilmişdir. Culfa rayonunun Yaycı kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə su təchizatı şəbəkəsinin tikintisi işləri davam etdirilmiş, müxtəlif diametrli borularla 15,28 kilometr içməli su xətti quraşdırılmış, 416 evin su xəttinə birləşməsi aparılmış və Gilançayda 0,53 kilometr uzunluğunda kapitajın tikintisi başa çatdırılmışdır.
2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə cəmiyyətdə hazırlanmış “Tədbirlər Planı”nın icrası üzrə işlər davam etdirilmişdir.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31