SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində elmi-praktik konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində  elmi-praktik konfrans keçirilib
7-05-2019, 18:01

Naxçıvan Dövlət Universitetində “Azərbaycan ədəbiyyatşünaslığının akademik Məmməd Cəfər Cəfərov zirvəsi” adlı elmi-praktik konfrans keçirilib.
Universitetin rektoru, AMEA- nın müxbir üzvü Saleh MəhərrəmovPrezident İlham Əliyevin15 aprel 2019 – cu il tarixli akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncamını diqqətə çatdırıb.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli “Akademik Məmməd Cəfər Cəfərovun ədəbiyyatşünaslıq fəaliyyətinin əsas istiqamətləri” mövzusunda çıxış edərəkakademikin ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi-nəzəri fikrin inkişafına həsr etdiyini nəzərə çatdırıb. Qeyd olunub ki,akademik ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də, estetikanın aktual məsələlərinə dair fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.
“Jurnalistika və kitabxanaçılıq” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Məmməd Cəfər Cəfərov və Azərbaycan Mirzəcəlilşünaslığı” mövzusunda çıxışında bildirib ki, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının təşəkkülü və inkişafının ilk müfəssəl tədqiqi Məmməd Cəfər Cəfərovun adı ilə bağlıdır. Diqqətə çatdırılıb ki, akademikin geniş əhatəli elmi irsində Cəlil Məmmədquluzadə, Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadəkimi qüdrətli söz ustalarının yaradıcılıqlarının fəlsəfi-estetik mahiyyətini dünya ədəbi təcrübəsi ilə vəhdətdə dolğun şərh edən, yüksək elmi-nəzəri ümumiləşdirmə gücünə malik əsərləri xüsusi yer tutur.


Naxçıvan Dövlət Universitetində  elmi-praktik konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində  elmi-praktik konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində  elmi-praktik konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində  elmi-praktik konfrans keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031