SON DƏQİQƏ

naxcivanxeberleri.com

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən mobil baza stansiyalarının sayı açıqlandı
6-12-2021, 16:38

İşğaldan azad edilmiş ərazilərdə 92 ədəd mobil baza stansiyası fəaliyyət göstərir. Ərazilərin 72 faizi 2G şəbəkəsi ilə, 52 faizi 4G şəbəkəsi ilə təmin edilib.

NAXCİVANXEBERLERİ.COM -un məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Həsənov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları adlı elmi-praktiki konfrans" da çıxışı zamanı deyib.

O bildirib ki, həmin ərazilərdə televiziya və radio yayımının müvəqqəti bərpası artıq yerinə yetirilib. Bu yaxınlarda Prezident İlham Əliyev Şuşada 130 metrlik radio qülləsinin əsasını qoyub. Bu da xüsusi bir xarakter daşıyır.

R.Həsənov, həmçinin bildirib ki, İKT və innovasiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqi mühüm əhəmiyyət kəsb edir.

"Bu istiqamətdə ilk növbədə ictimai inam faktorunu qeyd etmək istəyirəm. Azərbaycan ötən il möhtəşəm zəfər əldə etdi, qısa müddət ərzində mobil rabitə operatorları işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başladılar. Bu cəmiyyətdə ictimai inam yaratmaq, bölgədə sabitliyin, həmçinin yeni reallıqların təminatında mühüm rol oynayır", - deyə o vurğulayıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31