SON DƏQİQƏ

naxcivanxeberleri.com

Akademik İsmayıl Hacıyevdən erməni iddialarına cavab: “Ad dəyişməklə ərazinin milli mənsubiyyətini dəyişmək olmaz”

Akademik İsmayıl Hacıyevdən erməni iddialarına cavab: “Ad dəyişməklə ərazinin milli mənsubiyyətini dəyişmək olmaz”
6-12-2021, 17:00

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Qarabağ Azadlıq Təşkilatı və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə "Arsak: tarix və müasirlik" mövzusunda elmi-praktiki konfrans keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dünyanın bir sıra ölkələrindən azərbaycanlı və xarici mütəxəssislərin iştirakı ilə keçirilən konfrans həm ənənəvi, həm də videokonfrans formatında baş tutub. Konfransın plenar və bölmə iclaslarında tarix elmi üçün mühüm olan bir sıra məsələlərə toxunulub.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda "Qafqaz Albaniyasının Arsak əyaləti və Qarabağ" mövzusunda məruzə edib.

Alim məruzəsində Qafqaz Albaniyasının ərazisi, burada hökmranlıq edən hakim sülalələr, ermənilər tərəfindən irəli sürülən əsassız iddialar və başqa önəmli mövzular haqqında məlumat verib.

“Albaniya ərazisində tarixən mövcud olan 12 əyalətdən biri də Arsak əyaləti olmuşdur”, - söyləyən akademik Arsak toponimin etimologiyası, uydurma erməni təbliğatı ilə bağlı fikirlərini elm ictimaiyyətinə çatdırıb. Çoxsaylı müəlliflərdən sitatlar gətirərək tarixi mənbələrdə yer alan real faktlar əsasında təhlillər aparıb. Vurğulanıb ki, nəinki Azərbaycan, o cümlədən indiki Ermənistan ərazisində də coğrafi adların tam əksəriyyəti Azərbaycan mənşəlidir. Ad dəyişməklə onun milli mənsubiyyətini ləğv etmək mümkün deyildir. Aparılan bütün tədqiqatlara rəğmən Qarabağda yaşayan əhalinin etnik tərkibi erməni uydurmalarını rədd edir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31