SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı könüllülər təltif edilib-FOTO

Naxçıvanlı könüllülər təltif edilib-FOTO
6-12-2021, 16:28

"5 dekabr - Beynəlxalq Könüllülər Günü"ndə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, ASAN Xidmət və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində 1200 könüllünün iştirakı ilə “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu” keçirilib.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, forum çərçivəsində könüllülər Fəxri Xiyaban və Şəhidlər xiyabanını ziyarət edib, Bakı Ekspo Mərkəzində Könüllü təşkilatlarının sərgisinə baxış keçiriblər.

            Daha sonra Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu”na start verilib. Dövlət himninin səsləndirilməsi, Şəhidlərin ruhunun bir dəqiqələlik sükutla anılmasından sonra rəsmilərin çıxışları dinlənilmiş, video-çarxların nümayişi olmuşdur.

Forum çərçivəsində ölkə ərazisindəki ən fəal könüllülərin mükafatlandırılması da həyata keçirilib. Belə ki, 16 nəfər ilin könüllüsü mükafatına, 100 nəfər isə könüllülük fəaliyyətində fərqləndiyinə görə diploma layiq görülüb. Forumda Naxçıvanı 10 könüllü gənc təmsil edib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun könüllüsü Kazımov Hüseyn Azər oğlu "Dövlət qurumlarında könüllülük" nominasiyası üzrə “İlin Könüllüsü” mükafatına layiq görülüb. Digər iki könüllü - Mamedov Şamil Bəxtiyar oğlu ekologiya könüllüsü və İmanov Vüqar Rahim oğlu isə sosial könüllü kimi il ərzində fəal olmuş könüllülər olaraq diplomla təltif ediliblər.

Qeyd edək ki, mükafat alan gənclərin əvvəlcədən sənədləri Gənclər Fondu tərəfindən hazırlanaraq “İlin Könüllüsü” mükafatına namizəd kimi irəli sürülmüşdü. Komissiya tərəfindən baxış keçirilmiş və Naxçıvanlı 1 könüllü “İlin könüllüsü” mükafatına, 2 könüllü isə diploma layiq görülmüşdür. Mükafat alan könüllü gənclər - Hüseyn Kazımov və Şamil Mamedov Naxçıvan Dövlət Universitetinin, Vüqar İmanov isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsidir.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31