SON DƏQİQƏ

naxcivanxeberleri.com

DSX-yə məxsus helikopterin qəzaya uğramasında hər hansı bir təxribat yoxdur - Ədliyyə müşaviri

DSX-yə məxsus helikopterin qəzaya uğramasında hər hansı bir təxribat yoxdur - Ədliyyə müşaviri
6-12-2021, 15:11

Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus hərbi helikopterin qəzaya uğramasında hər hansı bir təxribat və ya kənar müdaxilə yoxdur.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Baş prokurorun böyük köməkçisi, Ədliyyə müşaviri Mahir Abbasov bu gün 2021-ci il noyabrın 5-də verilən “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, hadisə baş verəndən sonra dərhal Baş Prokurorluğun istintaq qrupu yaradılıb və hadisə yerinə gedilib: “Mürəkkəb bir hadisə olduğuna görə müxtəlif növ ekpertizalar təyin edilib. Hadisənin baş verməsində hər hansı bir təxribat, kənar müdaxilə yoxdur. Ekspertizaların rəylərindən sonra hadisənin baş verməsi barəbə dəqiq məlumat veriləcək”, - deyə o bildirib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31