SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qazilərimiz Beynəlxalq təlim-məşq toplantısına Rusiyaya yollanacaq

Qazilərimiz Beynəlxalq təlim-məşq toplantısına Rusiyaya yollanacaq
3-12-2021, 10:38

2 dekabr 2021-ci il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qış idman növlərində iştirak edəcək qazilərimizlə görüş keçirmişdir.

Komitədən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə ARMPK-nın baş katibi Kamal Məmmədov, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Elvin Astanov, idman şöbəsinin müdiri Rauf Mürsəlov, qış idman növləri üzrə kurator Azər Tapdıqov və Qarabağ qaziləri də iştirak etmişlər.

Komitə prezidenti İlqar Rəhimov bildirdi ki, digər qazilərimizin də idmana cəlb edilməsi üçün "Qarabağ qaziləri ilə iş və idman seleksiya komissiyası" yaradılmışdır. O, yaxın gələcəkdə digər qazilərimizin də idmana cəlb ediləcəyini qeyd edib. Qazilərimizin üçrəngli bayrağımızı döyüş meydanında qaldırdıqları kimi beynəlxalq idman arenalarında da dalğalandıracaqlarından əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, qazilərimiz 3-17 dekabr 2021-ci il tarixlərində Rusiyanın Ufa şəhərində keçiriləcək təlim-məşq toplantısında iştirak edəcəklər.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31