SON DƏQİQƏ

naxcivanxeberleri.com

AMEA Naxçıvan Bölməsində  hesabat iclası olub-FOTO

AMEA Naxçıvan Bölməsində  hesabat iclası olub-FOTO
2-12-2021, 16:45

AMEA Naxçıvan Bölməsində Təbii Ehtiyatlar və Bioresurslar İnstitutlarının 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri açan Bölmənin rəhbəri, akademik İsmayıl Hacıyev hər iki institutun fəaliyyətinə ümumi nəzər salıb.

Daha sonra Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov institutun 2021-ci ildəki fəaliyyəti ilə bağlı məruzə edib. Məruzədə bildirilib ki,  1 prоblem, 1 mövzuya daxil оlan 11 iş üzrə 26 mərhələdə elmi-tədqiqat aparan institut əməkdaşlarının hesabat dövründə 4 mo­no­qrafiya, 2 metodik vəsait, 99 elmi məqalə və 37 konfrans ma­te­rialı olmaqla, ümumilikdə 142 əsəri nəşr olunub, 3 buklet və 1 xəritə tər­tib edil­ib, 1 patent təsdiq olunub. Əsərlərdən 29 məqalə və 17 konfrans materialı xa­ricdə çapdan çıxıb. Web of Science, Scopus, Springer, AGRİS və s. elmi bazala­r­da nəşr olunan 28 impakt faktorlu elmi məqalədən 10-u Clari­vate Analytics indeksli jur­nallarda işıq üzü görüb. İl ərzində əməkdaşların elmi məqalələrinə 130-dan artıq istinad qeydə alın­ıb, Vikipediya açıq ensiklopediyasında 50-dən çox məqalə redaktə olunub. İnstitutda bitkilər və heyvanlar aləminin öyrənilməsi, təd­qi­­qi, səmərəli istifadəsi və mühafizəsinin biоlоji əsasları prob­le­mi üzrə bir mühüm nəticə əldə olunub. Belə ki, təyin edilmiş nümunələrə əsasən Naxçıvan Muxtar Respublikasında 2 fəsiləyə, 23 cinsə mənsub 44 növ sfesiformesin yayıldığı müəyyən edilib. Mühüm cəhət ondan ibarətdir ki, Azərbaycan fauna­sı üçün 24 növ, Naxçıvan Muxtar Respublikası faunası üçün isə 10 növ ilk dəfə qeyd edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Səd­ri­nin “2016-2020-ci illər­də Naxçıvan Muxtar Res­publikasında meyvəçiliyin və tərə­vəz­­­çiliyin inkişafı üzrə Döv­lət Proqra­mı”nın təsdiq edil­məsi haqqında”, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Res­pub­likasında arıçılığın in­ki­şafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haq­qında”, “2020-2025-ci illərdə Naxçıvan Muxtar Res­publikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respub­likasında narkotik vasitələrin, psixo­trop maddələrin və onların prekursor­larının qanunsuz dövriyyə­sinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edil­məsi haq­qında” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair” Sərəncam­larının icrası ilə əla­qə­dar tədqiqat iş­ləri apa­rıldığını söyləyən alim görülən işlər haqqında məlumat verib.

Diqqətə çatırılıb ki, institut əməkdaşları 10 beynəlxalq, 1 respublika konfransında, oxunması zə­ru­ri olan 2 kitabın müzakirəsində çıxış və məruzələr ediblər.

20-21 no­yabrda keçirilən “Ailə təsərrüfatı məhsulları festivalı”nda AMEA Nax­çıvan Bölməsinə məxsus stenddə institut tərəfindən hazırlanmış müxtəlif çeşiddə mey­və məhsulları, gülab, çaytikanı yağı, paketlənmiş zəfəran qurusu, alma sirkəsi və başqa məhsullar nümayiş olunub.

Vurğulanıb ki, tədqiqat dövründə Naxçıvan Muxtar Respublikasında bəbirin monitorin­qi­nin apa­rıl­­ması və onun müh­afizə strategiyası ilə bağlı beynəlxalq qrant layihəsinin icrası uğurla davam etdirilib. İnstitut əməkdaşlarından dosentlər İsmayıl Məmmədov və Pərviz Fətullayev ABŞ və Almaniyadan gələn mütəxəssislərlə birlikdə beynəlxalq ekspedisiyada, eləcə də Azərbaycan Respublikasının Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkının nümayəndələri ilə Ordubad rayonu ərazisində bəbir, onun qida obyekti və qorunma strategiyası ilə bağlı monitorinqdə iştirak ediblər.

Nəbatat bağında gilas, göycə, ərik tingləri əkil­miş, badam, alma, albuxara, ərik, yemişan, dov­şan alması, katalba, sabun ağacı və başqa dekorativ ağacların toxumları, gül qələmləri əkilmişdir. Hazırda Nəbatat bağında satışa hazır 1700-dək meyvə və 5000-ə qədər dekorativ bitki tingləri vardır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində tədqiqatlar aparılmış, şagirdlərdə elmə marağın formalaşdırılması istiqamətində uğurlu addımlar atılmışdır. Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Biologiya ixtisası tələbələrinin iştirakı ilə elmi-praktiki seminarlar keçirilmişdir.

Hesabat yığıncağında Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev institutun cari ildəki fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verib.

Qeyd olunub ki, Təbii Ehtiyatlar İnstitutunda 1 AMЕA-nın müхbir üzvü, 1 elm­­lər doktoru, 8 fəlsəfə doktoru və 9 dissertant 6 işi 19 mərhələdə yerinə yetirib.

2021-ci ildə institut əməkdaşlarının 1 monoqrafiyası, 3 kitabı, 41 elmi məqaləsi, 43 konfrans materialı dərc olunub, 1 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 10 mə­qalə, 27 kon­frans materialı xaricdə nəşr edilib. İmpakt faktorlu jur­nallarda çap olu­nan 5 elmi məqalədən 4-ü Clarivate Analytics (Thomson Reuters) indeksli jurnallar siyahısına daxildir. İnstitut əməkdaşları cari ildə Vikipediya açıq ensiklopediyasında 55 məqalə üzərində redaktə aparmış, elmi əsərlərə 227 istinad qeydə alınmışdır. İnstitutda muxtar respublika ərazisindəki təbii sərvətlərin geoloji, kimyəvi, fiziki təd­qi­qi, avto­matlaşdırılması, hidroloji və landşaft şəraitinin öyrənilməsi, seysmoloji tədqiqat­lar, sosial iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının araşdırılması üzrə bir mühüm nə­ticə əldə edilib.

 

Tədqiqat dövründə əməkdaşlar 22 beynəlxalq konfransda, oxun­ması zəruri olan 3 kitabın müzakirəsində, bölmə səviyyəsində keçirilən 3 konfrans, 2 tədbirdə məruzə ediblər.

Nax­çıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına uyğun olaraq hamiliyə gö­türülən Naxçıvan Dövlət Universitetinin Fizika və Kimya ixtisası tələbələrinə elmi-praktiki seminarlar və muxtar respublika məktəbliləri üçün bir interaktiv dərs keçilib.

Hesabat ilində AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respubli­kası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində bir sıra mühüm nailiyyətlər əldə olunub, layihə iştirakçılarının bilik və bacarıqlarını qiymətləndirmək məqsədilə viktorina keçirilib.

İnstitutun əməkdaşı dosent Fizzə Məmmədova “Beynəlxalq İntellek­tual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü, dosent Günel Məmmədova isə nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin aktuallığına və elmi əhə­miyyətinə görə Hindistanın “Şərqin kimya jurn­alı”nın redaksiya heyətinə üzv seçilib. Müxbir üzv Tofiq Əliyev və kimya elmləri doktoru Bayram Rzayev AMEA Naxçıvan Bölməsinin Fəxri Fərmanı ilə təltif olunublar.

Sonda Təbii Ehtiyatlar və Bioresurslar İnstitutlarının 2019-2021-ci illər üzrə elmi nəticələrini müqayisə edən akademik İsmayıl Hacıyev bildirib ki, hər iki elmi-tədqiqat müəssisəsində beynəlxalq səviyyəli məqalələrin keyfiyyət  və say göstəricilərindəki artım təqdirə layiqdir.

Bölmənin Rəyasət Heyətinin üzvlərindən akademik Tariyel Talıbov və AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli elmi-tədqiqat müəssisələrinin hesabatını məqbul hesab edərək  qəbul olunmasının təklif ediblər.

 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31