SON DƏQİQƏ

naxcivanxeberleri.com

DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib

DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib
2-12-2021, 12:18

Helikopter qəzasında həlak olan hərbi qulluqçulardan biri, DSX-nin zabiti, şəhid baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonun Şərq kəndinə gətirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, şəhidin cənazəsi izdihamla qarşılanıb. Kənd meydanında cənazə namazı qılınıb.

Şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində rəsmi şəxslər, şəhidin yaxınları və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Şəhid hərbçilərdən 11-i ötən gün Bakıda ikinci Şəhidlər Xibanında dəfn olunub. 3 şəhid hərbçi isə ailələrinin istəyi ilə doğulduqları ərazidə torpağa tapşırılacaq.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31