SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənclər "Soyuq Günəş" filmini izləyiblər

Gənclər "Soyuq Günəş" filmini izləyiblər
2-12-2021, 13:00

5 Dekabr - Beynəlxalq Gənclər Günü ilə bağlı hazırlanan tədbirlər planına əsasən könüllü gənclər üçün film nümayişi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Naxçıvan şəhərindəki Gənclik Mərkəzində reallaşıb. 
Qeyd edək ki, 2020-ci ildə yayımlanan "Soyuq Günəş" Azərbaycan və ləzgi dillərində lentə alınmış ilk bədii film hesab olunur. Sözügedən ekran işi  baş qəhrəmanlar Yarqunat və Yarmətin sevgi hekayəsi fonunda müharibə problemləri və məhəbbət mövzusunu əhatə edir. Film, həmçinin ləzgi xalqının adət-ənənələri, milli-mənəvi dəyərlərini əks etdirir. 
 
 

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31