SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu ilin ilk “Xalq yaradıcılığı günü” tədbiri Şahbuz rayonunda keçirilib

Bu ilin ilk “Xalq yaradıcılığı günü” tədbiri Şahbuz rayonunda keçirilib
7-05-2019, 12:13

Şahbuz Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə Şahbuz şəhərində “Xalq yaradıcılığı günü” adlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,əvvəlcə Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək artıq 10 ildir muxar respublikada ənənəvi şəkildə keçirilən “Xalq yaradıcılığı günü” tədbirinin əhəmiyyətindən əhs ediblər. Bildirilib ki, Azərbaycan xalqının uzun əsrlər boyu yaratdığı mənəvi sərvətlər xəzinəsində ən möhtəşəm və şərəfli yerlərdən birini elə xalqımızın keşməkeşli tarixi boyunca formalaşan və bir nəslin digər nəslə əmanəti kimi çatdırılan xalqın yaratdıqları, xalq yaradıcılığı tutur. Xalqımız tarix boyu zəngin xalq yaradıcılığını, milli dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. Azərbaycanın hər yerində olduğu kimi, muxtar respublikanın bölgələrində də xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il və “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli sərəncamlarına əsasən, qədim diyarımızda milli-mənəvi dəyərlərimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər unudulmaqda olan milli dəyərlərin yaşadılmasına xidmət edir. Ali Məclis Sədrinin sərəncamından sonra muxtar respublikamızın bütün bölgələrində xalq yaradıcılığının müxtəlif sahələrinə yeni həyat verilir. Xalq sənətinin və yaradıcılığının ağacişləmə, xalçaçılıq, papaqçılıq, dülgərlik, dəmirçilik, toxuculuq, zərgərlik, misgərlik sahələri ilə yanaşı, qədim rəqslərimiz, xalq oyunlarımız və mərasim tamaşalarımız yaşadılır. Xalqımızın yaratdığı yaradıcılıq nümunələri geniş və əlvandır. Təbii ki, bu sahədə görülən işlər də geniş və əhatəli olmalıdır. Bu zənginliyi və əlvanlığı qorumaq, gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.

Vurğulanıb ki, bu sahədə ziyalılarımızın, alimlərimizin, xalq yaradıcılığı ilə məşğul olan insanların üzərinə mühüm vəzifələr düşür. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Biz öz milli dəyərlərimizlə fəxr etməliyik. Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.

Diqqətə çatdırılıb ki, son illər Naxçıvanda milli dəyərlərin, xalq yaradıcılığının qorunması və təbliği sahəsində böyük işlər görülüb. Milli-mədəni irsin qorunması, dinimizə münasibət, inanc yerlərinə münasibət, tarixi abidələrimizin bərpası və qorunması, görkəmli şəxsiyyətlərimizin xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin qeyd edilməsi, qədim adət-ənənələrimizin dirçəldilməsi və yaşadılması, xalq yaradıcılığına diqqət və qayğı bu günümüzün reallığına çevrilib. Xalqımızın min illər boyu yaratdığı bu milli-mənəvi dəyərləri yaşatmaq, təbliğ etmək, öyrənmək və bu dəyərləri gənc nəslə aşılamaq mühüm əhəmiyyətə malikdir. Xalqımızın min illər boyu yaratdığı zəngin mədəniyyətinin və tarixinin ən gözəl inciləri YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Ötən il YUNESKO-nun Təcili Qorunma Siyahısına salınmış “Tənzərə” və “Köçəri” yallıları bu qədim və nadir sənətin də xalqımıza məxsusluğunun bir daha dünya ictimaiyyətinə çatdırılması baxımından böyük nailiyyətdir.

Sonra Şahbuz Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki Şahbuz Rayon Mədəniyyət Sarayının, Şahbuz Şəhər, Yuxarı Qışlaq, Aşağı Qışlaq, Ayrınc, Güney Qışlaq, Kükü, Kiçikoba, Külüs kənd, həmçinin Badamlı qəsəbə mədəniyyət evi və klublarının folklor kollektivlərinin, yallı qruplarının və dərnək üzvlərinin qədim rəqslər, yallılar, el deyimləri, bayatılar, şənlik-toy havaları, xalq oyun və tamaşalarından ibarət ifaları olub. İfalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məlumat üçün qeyd edək ki, belə tədbirlərin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30